Xəbər Lenti

    "Mladost"un baş məşqçisi ürəyini Sport24.az-a açdı: Favorit "İnter"dir!"

    FutbolTarix: 2017-06-19 16:59:00
    ...

    Avropa Liqasının birinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Serbiyanın “Mladost” klubunun baş məşqçisi Nenad Milovanoviç açıqlama verib. Sport24.az-a danışan mütəxəssis Azərbaycan klubunun onlar üçün çətin rəqib olduğunu bildirib. 

    Milovanoviçin sözlərinə görə, “İnter”in avrokubok təcrübəsi onlara problem yaradacaq: “Əgər yanılmıramsa, “inter” avrokuboklarda böyük təcrübəyə malikdir. Bu komandanın bir oyununu görmüşdüm. Səhv etmirəmsə, “Atletik”lə qarşılaşmışdılar. Onların Avropada böyük təcrübəsi var. Həmçinin bizdən üstün komandadırlar. Debütant olmağımız bizə əlavə çətinliklər yaradacaq. Son illərdə Azərbaycan futbolunun inkişafını görməmək mümkün deyil. Çoxlu sayda serbiyalı futbolçular da Azərbaycanda oynayıb. Mənim fikrimcə, favorit “İnter”dir.  Lakin sona qədər mübarizə aparacağıq”. 

    Milovanoviç Azərbaycanda oynamış serbiyalı oyunçulardan “İnter” haqqında məlumat almağa çalışacaqlarını deyib: “Azərbaycanda oynamış serbiyalı futbolçuları tapmağa çalışacam. Onlardan “İnter” haqqında soruşmaq vacibdir. Bu, bizə kömək edə bilər”.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10