Xəbər Lenti

    Zaur Axundov: “Mladost” səddini aşmaq üçün bütün gücümüzü səfərbər etməliyik”

    FutbolTarix: 2017-06-19 15:42:00
    ...

    “İnter” Avropa Liqasının ilk mərhələsindəki rəqibini tanıdı. Paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri Zaur Axundov sport24.az-a rəqiblə bağlı fikirlərini bildirdi.

    Klub rəhbəri rəqibin Serbiyadan olmasına baxmayaraq, əllərini yanlarına salmayacaqlarını dilə gətirdi: “Serbiya təmsilçilərinin əlavə tanıtıma ehtiyacı yoxdu. Keçmiş Yuqoslaviya futbol məktəbinin gücü hər kəsə bəllidi. Serbiyada zəif komanda yoxdu. Püşk belə gətirdi. Nə edə bilərik? “Mladost” səddini aşmaq üçün bütün gücümüzü səfərbər etməliyik”.

    Axundov hələ ki, baş məşqçi Zaur Svanadzeylə püşkatma barədə fikir mübadiləsi aparmadıqlarını bildirdi: “Axşam komanda Türkiyə toplanışından qayıdır. Sabah yəqin ki, toplantı edib komandayla görüşəcəm. Həmin vaxt da “Mladost”u müzakirə edəcəyik”.

    Sonda həmsöhbətimiz ilk oyunu səfərdə keçirməklərinin də komandanın əleyhinə işləyəcəyini vurğuladı: “İstərdik ki, ilk oyunu Bakıda keçirək. Belədə, rəqibi də yaxından tanıyırsan, cavab qarşılaşması öncəsi də üstünlük əldə etmək şansların yüksəlir. Lakin dediklərimin heç biri rəqibdən çəkinməyimizdən xəbər vermir. Çalışacağıq Serbiyadan sərfəli nəticəylə dönək”.
     

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10