Xəbər Lenti

    Milli komandamız dünya çempionatına yollandı

    DigərTarix: 2017-06-19 15:37:00
    ...

    IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edən millimiz dünya çempionatında iştirak etmək üçün Koreya respublikasına yola düşüb. Sport24.az xəbər verir ki, 24-30 iyun tarixlərində Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasının təşkilatçılığıyla keçiriləcək böyüklər arasında dünya çempionatına milli komandamız 12 idmaçı ilə qatılacaq.

    Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun sərəncamında olan taekvondoçulardan kişilər arasında Qaşım Maqomedov (-54 kq), Fizam Mehtiyev (-58 kq), Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə (-68 kq), Sina Bahrami (-74 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov (-87 kq) və Radik İsaev (+87 kq) mübarizə aparacaq.

    Qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Elnur Amanovun yetirmələrindən isə -46 kq çəki dərəcəsində Safiye Polat, Patimat Abakarova (-49 kq), Yaprak Eriş (-57 kq) və Fəridə Əzizova (-67 kq) mükafatçılar sırasında yer almağa çalışacaq.
    Xatırladaq ki, taekvondo idman növü üzrə dünya çempionatı iki ildən bir keçirilir. Ümumilikdə dünya çempionatları tarixində Azərbaycan taekvondoçularının aktivində iki qızıl medal var. Belə ki, 2001-ci ildə ölkəmizə ilk qızıl medalı Niyaməddin Paşayev qazanmışdır. 2015-ci ildə son mundialda isə 14 il fasilədən sonra Radik İsaev çempion tituluna sahib olmuşdur. 

    Artıq komandamız Koreyanın Muju şəhərindədir. Yerli taekvondo azarkeşləri və təşkilatçılar idmançılarımızı böyük çoşkuyla qarşılayıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə yarışda təmsil olunan komandamız 2 iyulda vətənə dönəcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10