Xəbər Lenti

    "Samtredia"nın kapitanı sport24.az-a püşk haqda danışdı: "Qarabağ" "Qəbələ"dən daha güclüdü"

    FutbolTarix: 2017-06-19 15:00:00
    ...

    “Qarabağ” bizim üçün çox çətin komandadır. Fikrimcə, “Samtredia” üçün mərhələ keçmək qəliz olacaq”. Bu sözləri sport24.az-a açıqlamasında “Samtredia”nın kapitanı Giorgi Datunaşvili deyib.

    O, Çempionlar Liqasının II təsnifat mərhələsində rəqib düşən Ağdam klubunun son illərdəki nəticələrinin möhtəşəm olduğunu vurğulayıb: “Qarabağ” son illərdə əla nəticələr qazanır. Avropa Liqasının qrup mərhələsində oynamaları onlara təcrübə qazandırıb. Bir sözlə işimiz çox çətindir. Mərhələ keçmək ehtimalımıza gəlincə, bu barədə indidən nəsə deyə bilmərəm. Çox çətin qarşılaşmalar olacaq. Futbolda bütün nəticələr mümkündür. “Qarabağ”ı məğlub da edə bilərik, uduza da bilərik”.

    Datunaşvili ötən mövsüm Avropa Liqasının birinci təsnifat mərhələsində “Qəbələ”yə qarşı oyunları da xatırlayıb: “Ötən mövsüm “Qəbələ” ilə oynayıb uduzmuşduq. Bu mövsüm Azərbaycanın ən güclü komandası ilə qarşılaşacağıq. Daha da çətin olacaq. Cütün favoriti “Qarabağ”dır. Bu sözsüz belədir. Amma ümidimizi üzmürük. "Qarabağ" "Qəbələ"dən daha güclü komandadı”.

    MEHMAN SÜLEYMANOV

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0