Xəbər Lenti

    Denis Silva: "İnter"də uğur qazanmamaq üçün heç bir əsas yoxdu"

    FutbolTarix: 2017-06-19 13:31:00
    ...

    Azərbaycanda artıq 10 ildir legioner karyerası yaşayan braziliyalı futbolçu Denis Silva "İnter"lə avrokuboklarda növbəti sınaq qarşısındadı. "Xəzər Lənkəran" və "Neftçi" ilə bu həyəcanı yaşayan 32 yaşlı müdafiəçi bu dəfə digər paytaxt təmsilçisi ilə uğula çıxışa ümid edir. Denis Sport24.az-a müsahibəsində bir sıra mətləblərə toxundu. 

    - Boluda məşqlər necə keçdi?

    - Məşqlər çox yaxşı keçdi. Nizam-intizama diqqət edərək üzərimizdə çox işlədik, oyun sistemimizi qurduq. Özümüzü çox yaxşı, hazır hiss edirik.

    - Yoldaşlıq oyunlarından istədiyinizi ala bildiniz?

    - 3 oyun oynadıq. Fikrimcə, yaxşı oyunlar idi. Avropa Liqasına hazırıq demək olar. Biz öz oyun sistemimizi gördük, səhvlərimizi anladıq.

    - Hansı səhvləri gördünüz? Komandada nə problemlər var?

    - Avrokuboklar daim fərqli olur. Biz də həmin gözəl anları yaşamaq üçün hazır olmalıyıq. Bu həm də yerli futbolçular, gənc oyunçular üçün bir şansdır. Onlar özlərini Azərbaycandan kənarda yaxşı tərəfdən göstərə bilərlər.

    - Yeni rəhbərlik komandanın problemlərini həll edə bilib?

    - Hər şey qaydasındadı. Məncə, uğur qazanmamaq üçün heç bir əsas yoxdu. Biz əlimizdən gələni etməliyik.

    - Rəqiblərinizi görmüsən?

    - Yox, görməmişəm. Seçimin fərqi yoxdur və buna əhəmiyyət vermək lazım deyil. Bizim düşüncəmiz sadəcə istənilən rəqibə qalib gəlmək olmalıdır. Fikrimcə, artıq biz də qrup mərhələsinə doğru addım atmalıyıq.

    - Heyət baxımından əziyyət çəkəcəyinizi söyləmək çətin deyil...

    - Biz bu problemi unutmağa çalışmalıyıq. Əslində, baxsanız, ötən mövsüm də çempionatda vəziyyətimiz yaxşı deyildi. Amma biz çalışdıq, vuruşduq və Avropa Liqasına vəsiqə qazandıq. İndi də bunun davamını gətirməliyik.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10