Xəbər Lenti

    Yovan Krneta: "Avropa Liqasında ürəyimizi qoyacağıq"

    FutbolTarix: 2017-06-19 11:22:00
    ...

    "Zirə" avrokuboklarda budəfəki təmsilçilərimiz arasında yeganə debütantdı. Buna baxmayaraq, komandanın köhnə legionerlərindən olan Yovan Krneta uğurla çıxışla bağlı böyük ümidlər bəsləyir. Serbiyalı mərkəz müdafiəçisi Sport24.az-a müsahibəsində Avropa Liqasında perspektivlərini dəyərləndirdi. 

    - Təlim-məşq toplanışı istədiyiniz kimi davam edir?

    - Məşqlərimiz yüksək səviyyədədi. Həmişəki kimi işimizə ciddi yanaşıb hazırlaşırıq. İstədiyimiz oyunu göstərməyə cəhd edirik.

    - Bir neçə oyunçu komandanı tərk etdi....

    - Bizim baş məşqçi nə etməli olduğunu bilir. Əgər kimlərsə göndərilibsə, deməli, onun seçimi belədi. Onun oyun sisteminə uyğun gələnlər burada qalıb, qalanları gedib. Bizim çox yaxşı oyunçularımız var.

    - Yeni transferlər gedənləri sığortalayacaq?

    - Fikrimcə, gələnlər bizim gücümüzə güc qatacaq. Baş məşqçimiz onları seçibsə, deməli, onlarda nəsə görüb. Menecerlərimiz də yeni transfer məsələlərinə ciddi yanaşır və doğru seçim etməyə çalışırlar.

    - "Zirə" ilk dəfə Avropa Liqasında mübarizə aparacaq. Hazırsınız?

    - Bəli, ilk dəfədir ki, komandamız belə turnirdə oynayacaq. Bu tarixi andır və hamımız sevinirik. İlk olaraq turnirə təsadüfən qatılmadığımızı göstərməyə çalışmalıyıq. Öncə gözəl oyunla azarkeşlərimizi sevindirməliyik. Məncə, komanda bu çətin sınağa hazırdır.

    - Türkiyədə digər Avropa Liqası təmsilçimiz "İnter"lə qarşılaşdınız və 2:0 hesablı qələbə qazandınız...

    - Onları məğlub etdik, çünki rəqibi yaxşı tanıyırdıq. Sözsüz ki, yoxlama görüşü də olsa, qələbə hər zaman gözəldir və vacibdir. Daha 1 oyun keçirəcəyik.

    - Avroliqa üçün qarşınıza hədəf qoyulub?

    - Dediyim kimi yaxşı oyun göstərməliyik. Avropada bütün komandalar güclüdür və mən hədəflərin nə olduğunu deyə bilmərəm. Amma komandamızdan uğurlu və gözəl oyun gözləyirəm. Ürəyimizi meydanda qoyacağıq.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10