Xəbər Lenti

    Rauf Əliyevin "İnter"də hər şey ürəyincədi: "Mərhələ adlamağa gücümüz var"

    FutbolTarix: 2017-06-19 12:00:00
    ...

    Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq "İnter" hazırlığın növbəti mərhələsini başa vurdu. Bu dəfə təlim-məşq toplanışı Türkiyənin Bolu şəhərində idi. Komandanın liderlərindən olan bombbardiri Rauf Əliyev Sport24.az-a müsahibəsində həm hazırlığı, mərhələ keçmək şanslarını dəyərləndirdi, həm də püşk öncəsi gözləntilərini söylədi. 

    - Hazırlıqlar necə gedir? Komandada ümumi vəziyyət necədir?

    - Boludakı toplanış normal keçdi. Fiziki məşqlərə xüsusi diqqət yetirdik. Sadəcə, problem burda komanda tapmağən çətin olması idi. Bu vaxtlar çox komanda yığışmayıb. Buna görə də yoxlama matçı az oldu. Hətta "Zirə" ilə burda qarşılaşdıq. Son oyunda Georgi Hacının baş məşqçi kimi olduğu, çempion etdiyi Rumıniya "Vitorul" klubu ilə oynayaraq qalib gəldik.

    - "Zirə"yə uduzdunuz. Nəticəni normal sayırsan, yoxsa əsas komandanın oyunu idi?

    - Toplanış vaxtı nəticə bir o qədər də önəmli deyil. Daha çox komandanın fiziki hazırlığına, oyununa baxılır. Bizdə oyun tərəfdən yaxşı alındı. Ancaq qolları tez buraxdıq. Yenə də əsas oyundu. Matçı normal keçirdik. Bir gün əvvəl ağır məşqlər keçmişdik. Oyuna fikir versəydik, o məşqləri keçməyəcəkdik. Belə baxanda, nıticənin o qədər də önəmi yox idi.

    -  "İnter"ə FİFA tərəfdən transfer qadağasının olması, son zamanlar komandanın ətrafında baş verənlər, hazırlığa, futbolçuların köklənməsinə problem yaratmır?

    - Yox. Bu qadağa neçə vaxtdır komandann üzərindədi. Heç bir problem də yaratmır. Təkcə transfer, yoxsa başqa çətinliklər də bizə problem yaratsaydı, çempionatda bürünc medal qazanmazdıq. Komandada neçə vaxtdır problemlər var idi və futbolçularımızın heç birinə təsir eləmir. Biz həmişə ancaq oyunu fikirləşdik. Şükür Allaha ki, komanda bu gün normal vəziyyətdi. Əsas fikrimiz Avroliqadır. Yaxşı nəticə verəcəyiksə, bizim üçün çox yaxşı olar.

    - Səncə, komandanın Avropa Liqasında mərhələ adlamaq gücü varmı?

    - Əlbəttə, var. Biz buna inanırıq. Belə baxanda, yaxşı şansımız var ki, bizə münasib rəqib də düşə bilər. İndiki vaxtda məqsəd qoymuşuq ki, mərhələ keçək. İnşallah, bunun öhdəsindən gələrik. Oyunlara hazırlaşırıqsa, inam olmalıdı. İnma olmayandan sonra hamısı boş şeydi. 

    - Əsas qapıçınız Səlahət Ağayev "İnter"dən getsə də, Avropa Liqasınmda sizə kömək etməsi nə dərəcədə komandaya xeyir verəcək?

    - Səlahətin bu gün komandanın içində olması xeytrimizədi. Çünki əsas qapıçımız idi. Yenə də Avropa Liqasında bizə kömək edəcək. Bunun bizə ancaq xeyri ola bilər.

    - Adın bir çox komandalarla hallanırdı. Güclü klubda kemək variantın var idi. Amma "İnter"də qalmağı seçdin. Səbəb?

    - Bəli, adım bir çox komanda ilə hallandı. Ancaq özüm də əvvəldən bildirmişdim ki, "İnter"də hər şey düzələcəyi halda burda qalmağa üstünük verəcəm. Çempionatın son turlarında kluba yeni rəhbərlik gəldi və hər kəsi komandada saxlayacağını bildirdi. Belə olacağı halda mənim üçün daha rahat oldu. Çünki bu variantı düşünürdüm. "İnter"də hər şey ürəyimcədi və ona görə də qalıdm. 

    - Hazırda komandada vəziyyət düşündüyün kimidirmi?

    - Çox şükür ki, hər şey normaldır. Elə bir problemimiz yoxdu. Hər şey yolundadı. Artıq sakit başla oyna hazırlaşırıq. Heç bir problemimiz yoxdu. - Potensial rəqiblərin siyahısına baxmısanmı? Hansı komandaları "İnter" üçün uyğun rəqib saymaq olar?

    - Baxmışam. Orda ümumiyyətlə. komanda çoxdu. Buna görə də hansısa komandanı demək ağlıma gəlmir. Əlbəttə, zəif komandanın rəqib olmağı xeyrimizə olar. Püşkdə biləcəyikmi ki, münasib rəqib düçəcək, yoxsa yox. İnşallah, xeyirlisi.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0