Xəbər Lenti

    "Zirə" David Manqanı oynatmaqla bağlı risk etmək istəməyib

    FutbolTarix: 2017-06-19 10:10:00
    ...

    "Zirə" yeni transferlərindən olan David Manqanı Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında keçirdiyi yoxlama matçlarında oynatmayıb. Komandanın baş məşqçisi Ayxan Abbasov Sport24.az-a açıqlamasında Mərkəzi Afrika Respublikasından olan 28 yaşlı hücumçunu oynatmaqla bağlı özlərinin risk etmədiyini bildirib: "Çünki Manqa istirahətdən gəlmişdi, məşqsiz idi. Onunla Boluda haızrda davam edən toplanışda xüsusi, ağır məşqlər keçirdik. David artıq hazırdı. İyunun 20-da Rumıniya çempionu "Vitorul"la yoxlama matçında Manqaya da şans verəcəyik".

    Abbasov yay fasiləsində transfer etdikləri hər 2 əcnəbi hücumçuya böyük ümidlər bəsləyir: "Manqa kimi, Haiti yığmasının üzvü Kelvens Belfortu da qış transfer müddətində transfer etmək istəyirdik. Sadəcə, klubları ilə müqavilərinə görə alınmadı. Hər ikisinə çox izləmişik. İnanırıq ki, bu mövsüm bizə kömək edəcəklər. Ssas odur ki, xarakter baxımından komandaya tez uyğunlaşdılar. Yeni trasferlərimiz istədiyimiz xarakterdədirlər. Özləri ilə söhbət eləmişik. Onlar da istəklidirlər. Qarşıdakı oyunlarda daha da yaxşı olacaqlar".

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0