Xəbər Lenti

    Duriç "Zirə"ni Avropa Liqasına hazır sayır: "Komandamıza gələnlər gedənlərdən pis olmayacaq"

    FutbolTarix: 2017-06-19 09:00:00
    ...

    Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışı keçən "Zirə"nin yarımmüdafiəçisi Milan Duriç açıqlama verib. Sport24.az-a danışan serbiyalı futbolçu əvvəlcə hazırlığı dəyərləndirib. O bildirib ki, hazırda komanda yüksək əhval-ruhiyyə ilə məşq edir: "Hazırda komandada yüksək əhval-ruhiyyə var. Hər şey qaydasındadı və proqram üzrə məşqlərimizi edirik. Bizi gözləyən çətin oyunlar var. Komandamız tam hazır olmalıdı. Baş məşqçimiz və futbolçular məsuliyyətimizi anlayırıq".

    Duriç komandadan gedən futbolçular haqqında da fikirlərini bildirib: "Komandadan gedənlər oldu. Əlbəttə ki, bunu sığortalamaq lazımdır. Artıq bir neçə transfer də etmişik. Fikrimcə, gələnlər gedənlərdən pis olmayacaq. Eyni mövqedə 3-4 futbolçunun olması heç də ziyan deyil. Əslində, bizdə də mövqelərdə futbolçular çoxdu. Bu rəqabəti gücləndirir və bir futbolçu digərini üstələmək üçün daha çox işləyir. Bu çox yaxşıdı".

    29 yaşlı yarımmüdafiəçi "Zirə"nin Avropa Liqasına hazır olduğunu sözlərinə əlavə edib: "İlk dəfədi ki, "Zirə" avrokuboklarda iştirak edəcək. Biz birlikdə güclü komandayıq və özümüzü Avropa Liqasına hazır sayırıq. Təlim-məşq toplanışında çox işləyirik. Motivasiya olaraq isə qitə turnirinə köklənmişik. Burada yoxlama görüşləri də keçiririk. "İnter" üzərində qələbə qazandıq. Fikrimcə, bizim daha çox oyun oynamağa ehtiyacımız var".

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10