Xəbər Lenti

    "Qəbələ" MOİK-in qalib olduğu mini-turnirdə iştirak etdi

    FutbolTarix: 2017-06-18 23:35:00
    ...

    Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində mini-turnirdə iştirak edib. Sport24.az xəbər verir ki, “qırmızı-qaralar” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıb.

    Roman Qriqorçukun komandası hər oyunu 45 dəqiqəlik bir hissədən ibarət olan turnirdə ilk matçı “Vakker”ə qarşı keçirib. Ukraynalı mütəxəssis bu görüşdə aşağıdakı “11-liy”ə güvənib: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Ürfan Abbasov, Desmond Asare, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo.

    Bu qarşılaşmada Avstriya təmsilçisi qalib gəlib – 1:0. “Vakker” klubunun futbolçuları MOİK-lə oyunda 1:3 hesabı ilə məğlub olub.

    Turnirin son görüşündə isə “Qəbələ” Sofiya təmsilçisi ilə qarşılaşıb. “Qırmızı-qaralar” matça bu “11-lik”lə çıxıb: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Araz Abdullayev, Filip Ozobiç, Baqali Dabo. Bu matçda da qələbə qazanan Bolqarıstan klubu turnirin qalibi olub. 4-cü dəqiqədə hesabı açan MOİK final fiti ərəfəsində hesabı artırmağa nail olub. 2:0 hesablı qələbə qazanan sofiyalılar turniri 6 xalla başa vurub.

    Xatırladaq ki, iyunun 7-dən Avstriyada olan “Qəbələ” bunadək 2 yoxlama oyunu keçirib. Yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gələn qəbələlilər Rusiya “Axmat”ına 0:1 hesabı ilə uduzub.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0