Xəbər Lenti

    Əlvida, Fuad Ənvəroviç, əlvida!

    FutbolTarix: 2017-06-18 17:44:00
    ...

    Baş daşı. Üzərindəki cılız xətt insan həyatının müddətini əks etdirir. Bu gün o, torpağa tapşırıldı. Əbədi olaraq valideynlərinin yanında uyumağa getdi. Yüzlərlə insan AFFA-nın ilk prezidenti Fuad Musayevi yola salmağa, vidalaşmağa gəlmişdi. Kimlərsə tez, kimlərsə gec, amma hər kəs torpağa qovuşacaq. 

    Yox-yox hansısa dini dərs keçmək fikrindən uzağam. Gələnlər, gəlməyənlər... Əlbəttə, insan “təcili işim var idi”, “sağlığında dost olmamışıq”, “heç vaxt üz-üzə gəlmədiyim insanın dəfnində nə işim” tipli bəraət ifadələri səsləndirə bilər. Ancaq gördüklərimizin arasında bir sıra insan var idi ki, sədaqətini ölümündən sonra da itirmədi. Hə, kimlərsə göz yaşlarını saxlaya bilmədiyi halda , kimlərsə “düşmən gözü çıxarmağa” gəlmişdi dəfnə. Ancaq gəlmişdilər. Heç vaxt yolları kəsişməyən AFFA-nın baş katibi Elxan Məmmədov da gəlmişdi, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov da. 

    “Ölən haqda ya yaxşı, ya heç nə” – belə bir deyim var. Bu, 16 illik jurnalistika karyeramda heç vaxt isti münasibətdə olmamışdıq. Ancaq hər birimizin üzü nə vaxtsa torpaqla örtüləcək və həmin vaxt bəndənizi bəyənməyənlərdən kimsə analoji ifadəni xatırlayıb “ölən haqda ya yaxşı, ya heç nə” deyəcək...

    Musayev tarixdə qaldı. İllər, əsrlər ötəcək, futbol tarixini vərəqləyənlər hər dəfə “AFFA-nın ilk prezidenti” bölümündə “Fuad Ənvər oğlu Musayev” oxuyacaq. Elə mərasimdə görüşdüyüm həmin dövrlərin mətbuat xidmətinin rəhbəri Lətif Novruzov da təqribən eyni fikirləri səsləndirdi: “Ay Ceyhun, rəhmətlikdən bir neçə kəlmə yazın. Olan-olub, keçən-keçib”. Bəli, Lətif müəllim, vədimə əməl edirəm, əslində jurnalist borcumu yerinə yetirirəm. Bəlkə də borc deyil, özüm öz boynuma bu yükü atıram...

    Vaqif Sadıqovun 50 illik yubileyi adını xatırlamaqda çətinlik çəkdiyim restoranda keçirilirdi. Xeyli futbol adamı toplaşmışdı. Üz-üzə gəldik. Kiçik dialoqumuz oldu. Tərcüməsini təqdim edirəm.

    -    Hə, gəlmisən?
    -    Dəvət olunmuşam, Fuad Ənvəroviç. 
    -    Görürsən, bunları? (əli ilə adlarını çəkmək istəmədiyim bir sıra futbol veteranlarını göstərdi) Hamısı yaltaqdı! Simanı itirmə heç vaxt. Bilirəm, heç vaxt məndən xoşun gəlməyib (gülümsədi). Mən futbolumuz üçün mübarizə aparmışam. Sən də istəmisən yaxşı olsun. Ancaq heç vaxt dost olmamışıq...

    Hə, bir saata yaxın vaxt ötdü və söz Fuad Ənvəroviçə verildikdə, təəccübümü gizlədə bilmədim. Yubiley mrasimində Musayev mikrofonla az öncə mənə göstərdiyi veteranlara səslənərək, eyni sözləri işlətdi. Onlar isə şirin-şirin söhbət edirdi. Heç dediklərini eşitmədilər də.

    Bir daha nə həmin veteranlar, nə əsl dostları, nə media əhli dediyini eşitməyəcək. Musayev aramızdan getdi. Ağlayan da gördüm, dostluğa sadiq Ayaz Mütəllibovu da, rəsmən istirahət günü olsa da, dəfn mərasiminə gələn Assosiasiyasın baş katibini də, Fuad Ənvəroviçin yubileydə mənə göstərdiyi bir sıra veteranı da... Əlvida, Fuad Ənvəroviç, əlvida!

    Allah rəhmət eləsin!

     

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10