Xəbər Lenti

    Ayxan Abbasov: "8:0 hesabı bizi aldatmasın..."

    FutbolTarix: 2017-06-18 16:44:00
    ...

    "Açığı, kamerunlularla matçda hesabın belə böyük olacağını gözləmirdik. Bəlkə də ilk dəqiqələrdən qol vurmağımız rəqibi çaş-baş saldı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov bildirib. Avropa Liqasındakı təmsilçimiz Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında keçirdiyi 2-ci yoxlama oyununda da meydanı qalib tərk edib. Zirəlilər Bakı "İnter"ini minimal hesabla məğlub etmişdilərsə, Kamerunun “Kolumbe Sportivo” klubunu darmadağın ediblər - 8:0. 

    Abbasovun fikrincə, bu asan qələbə yetirmələri daha ciddi sınaqlar öncəsi arxayınlaşdırmamalıdı: "8:0 hesabı bizi aldatmasın. Mən futbolçularla da söhbət elədim. Biz bu matçlara hazırlıq oyunu kimi baxırıq. Əlbəttə, belə qarşılaşmalarda da qalib gəlmək lazımdı. Ancaq əsas diqqətimizi futbolçulara verdiyimiz tapşırıqlar idi ki, bunun üzərində işləyirik. Bildiyiniz kimi, Avropa Liqasına az vaxtımız var, 1 yoxlama oyunumuz qalıb. Futbolçuların meydanda bir-birini başa düşməsi, komandaya qoşulan yeni oyunçuların oyunumuza uyğunlaşması vacib amildi. Sevindirici hal odur ki, həmin yeni transferlərimiz komandaya tez uyğunlaşmaya başlayıblar. Sanki bizimlə çoxdandırlar. Bu, bizi sevindirir. Ancaq yenə də bu hesab bizi heç cür rahatlamamalıdı. Qarşıda çətin oyunlarımız var və buna hazırlaşırıq. Əsas odur ki, futbolçular meydanda əzmkarlıq göstərdilər, hesabdan asılı olmayaraq sonadək apardılar. Hər kəs çalışdı ki, üzərinə düşən vəzifəni yerinə yetirsin".

    "Zirə"nin son transferi olan Kervens Belfort oyunun qəhrəmanlarından olub. Belə ki, Haiti yığmasının hücumçusu ilk 5 dəqiqədə dublu ilə qələbənin təməlini qoyub: "Belfort həm yarımmüdafiənin solunda, həm də hücumun mərkəzində oynayır. Bəli, ən yaxşılardan idi, dubl etdi. Ancaq istəniən halda, ona vaxt lazımdı. Kervensin üstünlüyü ondadır ki, gəldiyi çempionat davam edir, 5-6 tur oynamışdı. Yeni başlayan İsveç çempionatından gəlmişdi və hazır vəziyyətdə görsənir. Ancaq yenə də komandaya uyğunlaşmaq üçün hardasa vaxt lazımdı".

    36 yaşlı Abbasov gənc futbolçularına şans verdiyini, onların da özlərini doğrultduqlarını vurğulayıb: "Bildiyiniz kimi, çempionatımızda 21 yaş limiti var. Gələn mövsüm əsas heyətdə 1996-cı il təvəllüdlü 1 futbolçu oynamalıdı. Bizdə də bu yaşa uyğun 3-4 futbolçunu Boluya tolim-məşq toplanışına gətirmişik. Sevindirici hal odur ki, onlar da özlərini doğrultmağa çalışdılar. Yavaş-yavaş artırdıqlarını görürük. Ümimilikdə komandada vəziyyət qyadasındadı. İyunun 20-da "Vitorul"la yoxlama oyununa hazırlaşacağıq".

    Xatırladaq ki, "Zirə Rumıniya çempionu ilə matçla Bolu toplanışını bitirəcək.

    MEHMAN SÜLEYMANOV

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0