Xəbər Lenti

    Ayaz Mütəllibov: "Fuad Musayevlə yaxından dostluq etmək mənim üçün böyük şərəf idi"

    FutbolTarix: 2017-06-18 15:00:00
    ...

    "Fuad Musayevlə bağlı çox müsbət xatirələrim var. Ancaq o qədər düşünmürdüm ki, onunla vidalaşmaq bu günlərə gəlib təsadüf edəcək". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov AFFA-nın ilk prezidenti Fuad Musayevin dəfn mərasimində əmkdaşımıza verdiyi açıqlamasında bildirib.

    Bu gün AFFA-nın sabiq prezidenti Fuad Musayevin dəfn olunmasında iştirak edən sabiq dövlət başçısı mərhumla bağlı xatirələrini bölüşüb: "Fuad Ənvər oğlu Musayev Azərbaycanın vətənpərvər insanı olaraq həmişə respublikamızı müdafiə edib. Zəhmətkeş insan olub. Onunla yaxın olmaq, yaxından dostluq etmək şəxsən mənim üçün böyük şərəf idi. Fuad Ənvəroviçlə uşaqlıqdan - 40-cı illərdən tanışıq. Musayev valideynlərinin qəbirlərinin yanında torpağa tapşırıldı. Allah rəhmət eləsin".

    Xatırladaq ki, Moskavada 79 yaşında böyrək çatışmazlığından dünyasını dəyişən Musayev 1992-ci ildə AFFA-nın ilk prezidenti olub və həmin vaxt Azərbaycanın Prezidenti Mütəllimov idi.  

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0