Xəbər Lenti

    "Real" Ronaldonun satış qiymətini açıqladı

    FutbolTarix: 2017-06-18 10:40:00
    ...

    Madrid "Real" portuqaliyalı bombardiri Kriştiano Ronaldoya transfer qiyməti qoyub. Sport24.az xəbər verir ki, İspaniyanın məşhur "Marka" nəşri 32 yaşlı hücumçunun 400 milyon avrodan aşağı məbləğə satılmayacağını açıqlayıb. "Kral klubu" ümid edir ki, buraxmaq istəmədiyi Ronaldoya qoyduğu bu cür yüksək məbləğ ona maraq göstərən "Mançexter Yunayted"lə PSJ-ni "soyudacaq".

    Həmçinin bildirilir ki, "Real" üçtərəfli görüş keçirməyi planlaşdırır. Orada klub prezideti Florentino Peres, baş direktor Xose Anxel Sançes və Kriştianonun özü iştirak edəcək. Görüşdə yaranan vəziyyət və Ronaldonun klubdan getmək istəyi müzakirə olunacaq. Ancaq bu, ulduz futbolçunun kapitanı olduğu Portuqaliya yığması ilə Konfederasiyalar Kubokunda çıxışını başa vurandan tez baş verməyəcək.

    Xatırladaq ki, Kriştiano "Real"la müqaviləsini 2016-cı ilin noyabrında yeniləyib. Həmin anlaşmaya əsasən o, həftədə 400 min avro qazanır. Futbolçu madridlilərə 2021-ci ilədək bağlıdı.Onun yeni müqaviləsində təzminat 995 milyon avro göstərilib. 

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10