Xəbər Lenti

    Avropa çempionatında daha 4 boksçumuzun ilk rəqibi müəyyənləşib

    BoksTarix: 2017-06-18 09:24:00
    ...

    Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 4 boksçusunun ilk rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, 52 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Elvin Məmişzadə 1/8 finalda Manuel Fabritsio Kappai (İtaliya) ilə üz-üzə gələcək.

    Dünya çempionumuzun rəqibinin adı yarışın ikinci günü məlum olub. 1/16 finalda İstvan Şakanı (Macarıstan) 4:1 hesabı ilə məğlub edən italiyalı mərhələ adladığından 1/8 finalda Məmişzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan Elvin Kappai ilə iyunun 19-da döyüşəcək.

    56 kq çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev debütdə Antoni Ceyms Uolkerlə (İrlandiya) gücünü yoxlayacaq. Təmsilçimizin rəqibi 1/16 finalda gürcüstanlı Severlan Çiladzeyə qalib gəlib – 5:0. Əliyevlə Uolkerin döyüşü iyunun 20-də baş tutacaq.

    69 kq çəki dərəcəsində mübarizə aparacaq Pərviz Bağırov 1/8 finalda Simyon Çamovla (Bolqarıstan) qüvvəsini sınayacaq. Həmyerlimizin rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. 5:0 hesablı qələbə sayəsində Anas Messaudini (Belçika) mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan Bağırovla qarşılaşmaq hüququ əldə edib. Pərvizin ilk görüşü iyunun 19-da olacaq.

    Abdulqadir Abdullayev (91 kq) isə startda Şott Antoni Forresti (Şotlandiya) sınağa çəkəcək. Bu boksçu 1/16 finalda Zoran Radiçi (Serbiya) 5:0 hesabı ilə məğlub edib. Təmsilçimizin şotlandiyalı ilə qarşılaşması iyunun 20-də keçiriləcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10