Xəbər Lenti

    MOİK-in rəisi: "Gələn il Premyer Liqaya vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşuq"

    FutbolTarix: 2017-06-13 22:22:00
    ...

    “Gələn il Silahlı Qüvvələrimi­zin yaradılmasının 100-cü ildö­nümü tamam olur. Qarşımıza məqsəd qoymuşuq və çalışaca­ğıq ki, komandamız Silahlı Qüvvələrimizin yubiley ilində futbol üzrə Azər­baycan Premyer Liqasına vəsiqə qazan­sın və ordumuzu ölkə çempio­natında layiqincə təmsil etsin”. Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi­nin Mərkəzi Ordu İdman Klubu­nun rəisi (MOİK), polkovnik-leytenant Rəşad Quliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyi­nin rəsmi nəşri olan “Azərbaycan ordusu” qəzetinə açıqlamasında deyib.

    MOİK-in rəisi fikirlərinə bu yaxında Naxçıvanda Muxtar Respubli­kanın Gənclər və İdman Na­zirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı və 4 komandanın – “Araz-Naxçıvan”, MOİK, “Mil-Muğan” və “Zaqatala”nın iştirakı ilə keçirilən 2-ci “Heydər Əliyev Kuboku” turnirindəki uğura toxunmaqla başlayıb. Xatırladaq ki, “hərbçi­lər” qrup halında keçirilən turnirdə 3 oyuna 7 xal toplayaraq qalib adına yiyələniblər. Üstəlik, MOİK-in iki futbolçusu fərdi mükafat qazanıb: qolkiper Əli Həsənli ən yaxşı qapıçı, hücumçu Rəhman Musayev isə ən yaxşı bombardir seçilib

    “Hər şeydən öncə onu qeyd edim ki, Ulu Öndərimizin xatirə­sinə həsr edilmiş yarış yüksək səviyyədə təşkil edilmişdi. Bizim üçün sevindirici haldır ki, ordu futbolçuları belə bir mötəbər yarışda qalib adını qazandı. Həlledici qarşılaşmanı izləmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov stadiona gəlmişdi və komandamıza qızıl medalları və baş mükafatı da o təqdim etdi. Ona görə futbol­çularımız bu qədim Azərbaycan diyarından olduqca xoş duyğu­larla qayıdıblar. Hazırda 2017-2018-ci illər mövsümünə hazırlaşan klub üçün bu nailiyyət əlavə stimul oldu”, - deyə R.Quliyev bildirib.

    Ordu idmançılarının ölkə və beynəlxalq səviyyəli yarışlarda çıxışlarına toxunan MOİK-in rəi­si vurğulayıb ki, Müdafiə Nazirliyini təmsil edən idmançılar bir sıra uğurlara imza atıblar: “Hələ də təəssüratları, ilə yaşadığımız Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında komanda hesabın­da fəxri birinci yeri tutmuş Azərbaycan yığmasının qələbəsində ordu idmançılarının da payı, zəhməti var. Onlar bu mötəbər yarışlarda ikisi qızıl, biri gümüş və biri bürünc olmaqla, dörd me­dala yiyələniblər. Azərbaycan millisinin tərkibində iki futbolçu­muz İslamiadamn qalibi oldu. Yunan-Roma güləşçisi leyte­nant Rafiq Hüseynov gümüş, onun həmkarı Murad Məmmə­dov isə bürünc medala sahib çıxdı”.

    MOİK-in rəisinin sözləri­nə görə, hazırda ordu güləşçilə­ri və taekvondoçuları qarşıdakı beynəlxalq yarışlara hazırlaşır­lar. “Beynəlxalq Hərbi İdman Şu­rasının (CISM) himayəsi ilə sen­tyabrda Litvada hərbçilər ara­sında güləş, oktyabrda isə taekvondo üzrə dünya çempio­natları keçiriləcək. İnanırıq ki, bu yarışlarda hərbçi pəhləvan­lar ölkəmizi və Silahlı Qüvvələ­rimizi layiqincə təmsil edəcəklər. Belə hesab etməyə daim əsas var. Ordu taekvondoçuları ölkə çempionatlarında daim uğurla çıxış ediblər. Güləşçiləri­miz isə ötən ilin sentyabrında Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla, 9 medal qazanmış, 53 xal toplayaraq ümumi komanda he­sabında ya­rışları ikinci yerdə başa vurmuş­dular. Hərbi idmançıların bu uğuru­nu yüksək qiymətləndirən mü­dafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu qeyd etmiş­di. O bildirmişdi ki, yarışlarda Azərbaycanı təmsil edən hərbi qulluqçular Silahlı Qüvvələrin nümayəndələri kimi Makedoni­yada ölkənin bayrağını yüksəlt­mək və dövlət himnini səslən­dirməklə Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu bir daha sübut ediblər”.

    R.Quliyev ordu idmançılarının çıxışlarının daim müdafiə nazirinin diqqətində olduğunu qeyd edib: “İdmançılarımız hər dəfə beynəlxalq yarışlarda uğurla çı­xış etdikdə müdafiə naziri, gene­ral-polkovnik Zakir Həsənov tə­rəfindən beləcə qəbul edilib, mükafatlandırılıblar. Ordu idmançılarının nəticələri bir daha göstərir ki, Silahlı Qüvvələrdə fiziki hazır­lıq və idmana lazımınca diqqət və qayğı göstərilir. Belə münasi­bət hərbçi idmançıları yeni-yeni uğurlara ruhlandırır”.

     

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0