Xəbər Lenti

    Qəbələdə Dünya Kuboku yarışlarında daha 3 dəst medal sahiblərinə təqdim edilib - FOTOLAR

    DigərTarix: 2017-06-12 13:58:00
    ...

    Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir. Sport24.az xəbər verir ki, rayonun Bum qəsəbəsindəki Qəbələ Stend və Ox Atıcılığı Kompleksində atıcılığın daha 3 növü üzrə yarışlar keçirilib və qaliblər məlum olub.

    Oğlanlar arasında yerə uzanaraq kiçik çaplı tüfəngdən 50 metr məsafədə yerləşən hədəfə atəş açma yarışında Danimarka atıcısı Torben Qrimmel qızıl, Boqarıstan idmançısı Yuri Şerbatevic gümüş, Belarus təmsilçisi Lionel Coks bürünc medal qazanb.
    Tapançadan 10 metr məsafəyə atəş açma yarışında qadınlardan Avstriya idmançısı Silviya Steyner birinci, Rusiya atıcısı Vitalina Batsaraşkina ikinci, Meksika təmsilçisi Alexandra Vazquez Zavala üçüncü, kişilərdən isə Çin idmançısı Vei Yanq birinci, Yaponiya atıcısı Tomoyuki Matsuda ikinci və Ukraynalı Oleq Omelçuk üçüncü yeri tutub.

    Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndələri və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev təqdim edib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10