Xəbər Lenti

    Qəbələdə keçirilən Dünya Kuboku yarışlarının ilk qalibi məlum olub - FOTOLAR

    DigərTarix: 2017-06-09 12:04:00
    ...

    Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 8-də Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlara start verilib. Sport24.az xəbər verir ki, Qəbələ rayonunun Bum qəsəbəsində Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışlarda ilk olaraq qadın və kişi idmançılar tüfəngdən 10 metr məsafədə yerləşən hədəfə atəş açmaq yarışında iştirak ediblər. Kişilərin yarışında Serbiya atıcısı Milutin Stefanoviç qızıl, Çin idmançısı Yunconq Yao gümüş, Macarıstan təmsilçisi İstvan Peni bürünc medal qazanıb. İdmançılara medalları Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev təqdim edib.

    Qeyd edək ki, iyunun 14-dək davam edəcək bu mötəbər yarışda güllə  atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər. Qəbələyə ən çox atıcı Çindən gəlib. Otuz idmançı ilə yarışlara qatılan Çinlə yanaşı Asiyanın digər ölkələri-Yaponiya, Hindistan, Cənubi Koreya və Tailand komadasının da hər biri Dünya Kuboku yarışlarına 20-dən çox snayperlə qatılıb. Avropa yığmalarından Almaniyanın 21, Rusiya və Polşanın 20 idmançısı mükafatlar uğrunda mübarizə aparır. Azərbaycanı bu mötəbər yarışda 10 idmançı ilə təmsil edir.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10