Xəbər Lenti

    Millimiz Buxarestdən 4 medalla qayıdır

    CüdoTarix: 2017-06-04 21:38:00
    ...

    Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub. Sport24.z xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası üçün daha uğurlu olub. Belə ki, millimiz aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.

    90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev Rumıniya, Böyük Britaniya və İtaliya cüdoçularına qalib gələrək finala çıxıb. Səfquliyev həlledici qarşılaşmada da inamla İsrail təmsilçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Fəqan Quluzadə (81 kq) və Uşanqi Kokauri (+100 kq) isə yalnız final qarşılaşmasında uduzaraq gümüş medala sahib olublar.

    Xatırladaq ki, yarışın ilk günü Hüseyn Rəhimli (73 kq) gümüş medal qazanıb. Bununla da, 1 qızıl və 3 gümüş medal qazanan millimiz Avropa açıq çempionatını kişilər arasında birinci yerdə başa vurub.

    Qeyd edək ki, 29 ölkədən 376 cüdoçunun (244 kişi, 132 qadın) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunurdu.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10