Xəbər Lenti

    Taekvondoçularımız Avstriyada 17 medal qazandı - FOTOLAR

    DigərTarix: 2017-06-04 14:14:00
    ...

    Avstriyanın İnssbruk şəhərində taekvondo üzrə açıq birincilik gənc və yeniyetmə idmançılar üçün başa çatdı. Sport24.az xəbər verir ki, iyunun 3-də başlanan G1 kateqoriyalı “Austrian Open” beynəlxalq turnirdə yığma komandalarımız da iştirak edib. Turnirdə uğrlu çıxış edən gənc və yeniyetmə milli komandamız 17 medal qazanıb. Bu medalların 11-i gənc millimizin, 6-sı isə yeniyetmə idmançılarımızın payına düşür.

    Belə ki, gənclərdən ibarət milli komandamızın baş məşqçisi, əməkdar məşqşi Məmməd Abdulayev və Zahid Məmmədovun yetirmələrindən Məhəmməd Əlizadə (-48 kq) rəqiblərinə şans verməyərək turnirin qalibi olub. Bəhruz Quluzadə (-45 kq) və Mehriban Məmmədova isə (-44 kq) həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

    Xanoğlan Kərimov (-48 kq), Mehdi Tağıyev (-78 kq), Minayə Əkbərova (-42 kq), Mirvari Qənbərli (-44 kq), Nərgiz Mirzəyeva (-46 kq), Zalikə Babayeva (-49 kq), Nərmin Süleymanova (-52 kq), və Diana Hacəliyeva (-55 kq) yarımfinal mərhələsində məğlub olaraq bürünc medala layiq görülüb.

    Açıq birinciliyə qatılan yeniyetmə millimizin baş məşqçisi Səbuhi Zülfüqarov və Sənan Həşimovun şans verdiyi idmançılardan Yaşar Məmmədli (-45 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Riyad Şirəliyev (-41 kq) və İlahə Quluzadə (-59 kq) finala kimi inamla irəliləsə də həlledici döyüşdə rəqib keçilməz olub.

    Digər taekvondoçulardan Nihad Əlizadə (-33 kq), İsmayıl İsmayılov (-41 kq) və Ofeliya Allahverdiyeva (-41 kq) gümüş medalla kifayətlənib.

    Turnirdə ədalət təmsilçilərimizdən ölkəmizi beynəlxalq dərəcəli hakimlərimiz Gündüz Abdullayev və Ramal Camalov təmsil edib. Milli komandalarımız 6 iyun tarixində vətənə dönəcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0