Xəbər Lenti

    Dünya Kubokuna ÖNBAXIŞ

    GüləşTarix: 2017-03-14 13:05:00
    ...

    Yunan-Roma güləşi üzrə növbəti Dünya Kubokunun startına iki gün qalır. 16-17 martda İranın Abadan şəhərində planetin güclü güləş ölkələri aralarında ən güclünü müəyyən edəcək. Turnirin ənənəvi iştirakçılarından birinə çevrilən Azərbaycan yığması da bu mötəbər yarışda iddialılar arasındadı. Heyət bu barədə əmin danışmağa sövq edir:

    59 kiloqram çəki dərəcəsi: Rövşən Bayramov, Taleh Məmmədov

    66 kq: Kamran Məmmədov, Nofəl Babayev

    71 kq: Həsən Əliyev, Rəsul Çunayev

    75 kq: Elvin Mürsəliyev

    80 kq: Rafiq Hüseynov

    85 kq: İslam Abbasov

    98 kq: Orxan Nuriyev

    130 kq: Sabah Şəriəti, Oyan Nəzəriani

     

    Nisbətdə xeyli asan qrup

    Bir neçə gün əvvəl atılan püşkün nəticəsi komandamız üçün uğurlu oldu. Son turnirin iki finalçısı, ümumən ən titulluları və nəhayət, hazırkı mücadilənin də önbaxış favoriti olan Rusiya və İrandan uzaq düşməyimiz, bəxtin bizdən sarı olduğunu deməyə əsas verir. Qrupumuzdakı Belarus və Ukraynanın bizə mane olmaq gücündə olmadığı açıq-aşkardı. Belədə qrupun taleyini Türkiyə millisi ilə ilk görüş müəyyənləşdirəcək. Türklərlə şanslara nəzər saldıqda, ilk baxışda sadəcə son iki çəkinin nisbətən zəif təsir bağışladığını görürük. Gənc Nuriyevin məşhur pəhləvan, "Rio-2016"nın bürünc mükafatçısı Cenk İldemi keçməsi xeyli çətin görünürsə, son Olimpiadanın bürünc mükafatçısı Sabah Şəriətinin titullu Rza Kayaalpla uğursuz statistikası da bu çəkilərdə şanslar nisbətini rəqibin xeyrinə edir.

    Aşağı və orta çəkilərdə isə həm əvvəlki yarışlarda reallaşan görüşlər, həm də titul- təcrübə baxımından bizimkilər daha üstündü.

     

    Digər yarımqrup

    Rusiya yığmasının heyətini nəzərə çatdırmiş, komandanın bu turnirdəki iddiasının nə dərəcədə böyük olduğunu qeyd etmişdik. Son iki olimpiya çempionu da daxil, hazırkı Rusiya yunan-Roma güləşinin bütün məşhur simalıarını Abadana aparan Koquaşvilinin iddiası turnirə xüsusi rəng qatır. Olimpiadaya görə nisbətən zəif heyətlə gəldikləri ötən ilki finalda qeydə alınan 0-8 hesablı məğlubiyyət, heç şübhəsiz ki, bunda az rol oynamır.

    Ev sahiblərinin də kifayət qədər ciddi heyətlə təmsil olunduğu bu qrupda, böyük ehtimalla digər komandalar - Almaniya və Qazaxıstan öz aralarında beşinclilik görüşünə vəsiqə məsələsini həll edəcək

    ***

    Yarışın İslam Oyunları ərəfəsində keçirilməsi Azərbaycan güləşçilərinə xüsusi stimul verir. Özünü göstərmək, heyətdə yer almaq üçün kifayət qədər böyük şansdı. Xüsusən iki nəfərin yer aldığı çəkilərdə ümumi nəticədən savayı, şəxsi rəqabət də söhbət mövzusudu. Komandamızın turnirdə ikiqat əzmlə mübarizə aparacağı gözlənilir.

     

    SAHİB ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10