Xəbər Lenti

    "Qəbələ" İslamiadada 19 medal qazandı

    İslamiadaTarix: 2017-05-24 13:40:00
    ...

    V İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, 11 gün davam edən və mayın 22-də bağlanış mərasimi təşkil olunan yarışda 54 ölkədən 6000 idmançı mübarizə aparıb.

    20 idman növü üzrə 268 medal dəstinin sahibini tapdığı yarış Azərbaycan milli komandasının qələbəsi ilə nəticələnib. İdmançılarımız 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanmaqla ümumi hesabda 1-ci yeri tutub. 162 mükafat qazanan yığmamızın uğurunda “Qəbələ” İdman Klubunun təmsilçilərinin də payı olub. 7 idman növündə yığmamızın heyətində yer alan 18 təmsilçimiz komanda yarışında qazanılan medallar da nəzərə alınsa, 19 mükafata yiyələnib. Bunlardan 8-i qızıl, 9-u gümüş, 2-si bürüncdür. 

    “Qəbələ”ni İslam Həmrəyliyi Oyunlarında təmsil edən 4 boksçunun hamısı finala qədər irəliləyib. Bu idmançılardan Cavid Çələbiyev (60 kq) qızıl, digər üç boksçumuz - Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) gümüş medala yiyələnib.

    Klubumuz cüdo yarışlarında da 4 idmançı ilə təmsil olunub. Onlardan ikisi fərdi yarışlarda qüvvəsini sınayıb. Həm Aişə Qurbanlı (48 kq), həm də Kifayət Qasımova (57 kq) qadınların yarışında finala qədər irəliləyərək, həlledici qarşılaşmada uduzduğundan gümüş medala sahib çıxıb. Kifayət həm də yığmanın tərkibində gümüş medal qazanmağa müvəffəq olub. Digər iki cüdoçumuz - Rüfət İsmayılovla Uşanqi Kokauri yalnız kişilərdən ibarət millinin heyətində tatamı üzərinə çıxıb. Onlar yığmanın heyətində qızıl medala yiyələniblər. Bununla da 4 cüdoçumuz 5 medal – 2 qızıl və 3 gümüşə sahib olub.

    Qasımova kimi daha bir qadın idmançımız – Nurlana Cəfərova da yarışlarda iki dəfə fəxri kürsüyə qalxıb. Atıcılıqda dəqiqliyini sınayan təmsilçimiz həm fərdi, həm də qarışıq komanda halında dairəvi stenddə fərqlənib. Nurlana iki dəfə gümüş mükafatçı olmağı bacarıb. Komanda yarışında onunla cütlük təşkil edən Emin Cəfərov da “Qəbələ”nin atıcısı kimi gümüş medalçı olub.

    Taekvondoçularımız da yarışdan mükafatsız ayrılmayıb. Bu idman növündə iki təmsilçimiz iki medal qazanıb. Milad Beiqi Harçeqani (80 kq) bütün rəqiblərinə qalib gələrək, öz çəki dərəcəsində hamıdan güclü olub. Məhəmməd Məmmədov (63 kq) isə yarımfinalda məğlub olduğundan bürünc medalla kifayətlənib.

    Karate də iki idmançı ilə təmsil olunan “Qəbələ”yə çempionluq sevincini Rafael Ağayev (75 kq) bəxş edib. Beşqat dünya çempionu İslam Həmrəyliyi Oyunlarında ikisi qızıl olmaqla 3-cü dəfə mükafat əldə edib. Niyazi Əliyev (67 kq) isə bu dəfə mükafatçılar sırasında düşə bilməyib.

    Uşidakı yeganə təmsilçimiz Pərviz Abdullayev (75 kq) də hesabına növbəti uğuru yaza bilib. O, turnirin bürünc mükafatçısı olub.

    Futbol yarışının qalibi olan 23 yaşadək futbolçulardan ibarət yığmasının uğurunda da “Qəbələ”lilərin payı olub. Üç futbolçumuz - Rəşad Sadiqov, Tellur Mütəllimov və Elvin Camalov İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10