Xəbər Lenti

    Antalyada 1 qızıl, 5 bürünc medal qazandıq

    GüləşTarix: 2017-05-23 16:07:00
    ...

    Türkiyənin Antalya şəhərində gənclər arasında 20-ci "Çempionlar" beynəlxalq turniri keçirilib. Sport24.az xəbər verir ki, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandanın üzvləri iştirak edib. Güləşçilərimiz turnirdən 1 qızıl və 5 bürünc medalla qayıdıb. 

    Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan sərbəst güləşçilərimiz turniri 1 qızıl və 3 bürünc medalla tamamlayıb. 

    66 kq-da mübarizə aparan Pənah İlyaslı bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına sahib olub. Şahin Muxtarov (50 kq), Abubakr Abakarov (74 kq) və Asxab Həmzətov (96 kq) isə bürünc medal qazanıb. 

    Məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında turnirə qatılan gənc qızlarımız isə yarışı 2 bürünc medalla başa vurub. 



    48 kq-da yarışan Türkan Nəsirova və 51 kq çəkidə mübarizə aparan Tatyana Varantsova fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. 

    12 ölkədən 400-ə yaxın idmançının mübarizə apardığı turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10