Xəbər Lenti

    "Bakı-2017"də qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş, 1 bürünc medal qazandı - FOTOSESSİYA

    İslamiadaTarix: 2017-05-21 21:49:00
    ...

    Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları başa çatıb. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparıb.

    Güləş yarışlarının son günündə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qadın güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 4 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.  

    Mariya Stadnik (48 kq) ilk görüşündə vaxtından əvvəl 34 saniyə ərzində tam üstünlüklə Əlcəzairdən olan rəqibi Keyira Çairma Yahiaoi üzərində qələbə qazanıb. Növbəti görüşünü axşam saatlarında aparacaq. Final xarakterli qarşılaşmada Azərbaycan güləşçisinin rəqibi türkiyəli Evin Demirhanı da məölub edib və qızıl medal qazanıb. 

    53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova ardıcıl olaraq Türkiyə təmsilçisi Burcu Kevic və Qazaxstan təmsilçisi Aygül Nuralim üzərində tam üstünlüklə qələbə qazanıb. Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. 

    55 kq çəkidə Natalya Sinişin ilk görüşündə Qazaxstan təmsilçisinə tam üstünlüklə qalib gəlsə də, ardınca Nigeriya idmançısına uduzub. Güləşçimiz son görüşündə Türkiyə təmsilçisi Bediha Günə qalib gələrək gümüş medala yiyələnib. 

    Digər təmsilçimiz Alyona Kolesnik (58 kq) də ilk görüşünü qələbə ilə başa vurdu. Final xarakterli son görüşdə güləşçimiz Qırğızıstan təmsilçisinə uduzaraq gümüş medalla kifayətlənib.  

    Tatyana Omelçenko (60 kq) ilk görüşündə Kamerunlu Tiako Essombeni, final xarakterli görüşdə isə Türkiyə idmançısı Gamze Nur Adakanı məğlub edərək qızıl medala sahib olub. 

    Elmira Qəmbərova (63 kq) mübarizəyə yarımfinal mərhələsindən qoşulub. Yarımfinalda məğlub olan Elmira bürünc medal uğrunda görüşə çıxıb. Kamerun idmançısına qalib gələn Elmira Qəmbərova bürünc medala yiyələnib. 

    69 kq çəkidə mübarizə aparan Elis Manolova Kamerun və Türkiyə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Qazaxstan təmsilçisinə qalib gələn güləşçimiz qızıl medala sahib olub. 

    Səbirə Əliyeva (75 kq) keçirdiyi görüşlərdən ikisində tam üstünlüklə qalib gəlib, iki görüşdə uduzub. Bu nəticə ilə güləşçimiz gümüş medala yiyələnib.  

    48 kq 
    1-ci dövrə / Kheira Chaima Yahiaoui (ALG) - Mariya Stadnik 0:10
    2-ci dövrə / Mariya Stadnik - Evin Demirhan (TUR) 10:0

    53 kq 
    1-ci dövrə / Leyla Qurbanova - Burcu Kebic (TUR) 4:0 (tuşe)
    2-ci dövrə / Aygul Nuralim (KAZ) - Leyla Qurbanova 0:8

    55 kq 
    1-ci dövrə / Emma Tissina (KAZ) - Nataliya Sinişin 0:5 (tuşe) 
    2-ci dövrə / Odunayo Folasade Adekuoroye (NGR) - Nataliya Sinişin 6:2
    3-cü dövrə / Bediha Gün (TUR) - Nataliya Sinişin 3:7

    58 kq 
    1-ci dövrə / Derya Bayhan (TUR) - Alyona Kolesnik 6:14
    2-ci dövrə / Alyona Kolesnik - Aysulu Tinibekova (KGZ) 2:5

    60 kq 
    1-ci dövrə / J. Essombe Tiako (CMR) - Tatyana Omelçenko 0:6 (tuşe)
    2-ci dövrə / Tatyana Omelçenko - Gamze Nur Adakan (TUR) 4:0 (tuşe)

    63 kq 
    Bürünc medal görüşü - B.Etane Ngolle (CMR) - Elmira Qəmbərova 0:8
    1/2 final - Elmira Qəmbərova - B.Oborududu (NGR) 0:4

    69 kq 
    FİNAL - Z.Bakbergenova (KAZ) - Elis Manolova 0:8 (tuşe)
    1/2 final - Elis Manolova - Buse Tosun (TUR) 5:0 (tuşe)
    1/4 final - Elis Manolova - B. Metala Epanga (CMR) 6:0 (tuşe)

    75 kq 
    1-ci dövrə / İrina Kazyulina (KAZ) - Səbirə Əliyeva 6:8 (tuşe)
    2-ci dövrə / Səbirə Əliyeva - Samar Hamza (EGY) 0:5
    3-cü dövrə / Ayperi Medet Kizi (KGZ) - Səbirə Əliyeva 4:8 (tuşe)
    4-cü dövrə / Səbirə Əliyeva - Yasemin Adar (TUR) 0:2

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0