Xəbər Lenti

    Məmmədyarov yalnız 2-ci oldu - YENİLƏNDİ

    ŞahmatTarix: 2017-05-21 20:39:00
    ...

    Bu gün Moskvada keçirilən kişi şahmatçıları arasında dünya Qran Prisinin 2-ci mərhələsinin qalibləri müəyyənləşəcək. Sport24.az xəbər verir ki, finişə 1 tur qalmış azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 5 xalla 1-ci pilləni bölüşür. Həmyerlimizlə kürsünü bölüşən digər şahmatçı çinli Dinq Lirendi.

    Digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 4,5 xala sahibdi. O, daha 8 dərin zəka sahibi ilə liderləri təqib edən ən yaxın izləyicilər qrupuna daxildi. 

    Son turda Məmmədyarov ağ, Rəcəbov isə qara fiqurlarla mübarizə aparacaq. Reqlamentə uyğun olaraq, şahmatçıların xalları eyni olduqda, əlavə əmsallar Qran Pri ballarının hesablanmasına təsir göstərmir. Bu isə o deməkdi ki, Liren bu gün qalib gəlməyəcəyi təqdirdə, Şəhriyara 1-ci pilləni bölüşdürmək üçün heç-heçə də yetəcək. 

    Belədə, şahmatçımız aktivinə daha 140 bal yazdıracaq. Bu isə o deməkdi ki, 1-ci mərhələdə də qələbəni bayram edən şahmatçımız 2 mərhələdən sonra maksimal – 280 bala sahib olacaq. Doğrudu, analoji nəticəyə Aleksandr Qrişşuk və Maksim Vaşye-Laqrav da imza ata bilər. Bunun üçün rusiyalı qrossmeyster Aniş Qirini qara fiqurlarla məğlub etməli, fransalı isə Məmmədyarovu.  

    Şəhriyar erkən heç-heçəyə imza atdı. İndi həmyerlimizə yalnız gözləmək qalır. Ümid edək ki, Boris Gelfand ağlarla Dinq Lirenə məğlub olmayacaq.

    Teymur da xalları yarı böldü. Ancaq rəəssüf ki, Boris Gelfand bütün ümidlərimizi puç etdi. Dinq Lirenə ağlarla uduzan israilli qrossmeyster çinlinin çempionluğunu rəsmiləşdirdi.

    Təəssüf ki, Məmmədyarovun son turda strateji baxımdan səhvə yol verdiyini qeyd etməliyik. Ağ fiqurlarla oynayan həmyerlimiz erkən heç-heçəyə razılaşmaqla birincilik uğrunda mübarizədən imtina etdiyini göstərdi ki, bu da nəticədə ona acınacaqlı yekunla başa gəldi.

     

    Moskva. Şahmat Qranprisi, II mərhələ
    IX tur

    Boris Gelfand (israil, 4,5) – Dinq Liren (Çin, 5) 0:1
    Şəhriyar Məmmədyarov (Azərbaycan, 5) – Maksim Vaşye-Laqrav (Fransa, 4,5) 1/2:1/2
    Hikaru Nakamura (ABŞ, 4,5) – Peter Svidler (Rusiya, 4,5) 1/2:1/2
    Aniş Qiri (Hollandiya, 4,5) – Aleksandr Qrişşuk (Rusiya, 4,5) 1/2:1/2
    Pentala Harikrişna (Hindistan, 4) – Teymur Rəcəbov (Azərbaycan, 4,5) 1/2:1/2
    Maykl Adams (İngiltərə, 3) – Yevgeni Tomaşevski (Rusiya, 4) 1/2:1/2
    Ernesto İnarkiyev (Rusiya, 2,5) – Hou Yifan (Çin, 4) 0:1
    Fransisko Valyexo (İspaniya, 3,5) – Yan Nepomnyaşşi (Rusiya, 3) 1/2:1/2
    Saleh Salem (BƏƏ, 3) – Yon Hammer (Norveç, 3,5) 1/2:1/2

    Beləliklə, Dinq Lirendən yarım xal geri qalan Şəhriyar 5,5 xalla 2-ci yeri tutub. Rəcəbov isə 5 xalla 3-9-cu pillələri bölüşdürüb.

    Qeyd edək ki, 4 mərhələdən ibarət Qran pri yarışmasının yekununa görə, ilk 2 pilləni tutmuş şahmatçılar iddiaçıların turnirinə vəsiqə əldə edəcəklər.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10