Xəbər Lenti

    "Sumqayıt" Şəhriyar Məmmədyarovu təbrik edib

    ŞahmatTarix: 2017-05-19 19:07:00
    ...

    Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov tarixi nailiyyət əldə edib. Sport24.az xəbər verir ki, adıçəkilən idmançımız dünya şahmatçılarının reytinq cədvəlində 2800 xal həddini keçən ilk azərbaycanlı olub.

    "Sumqayıt" klubu Məmmədyarovu qazanılan tarixi uğur münasibəti ilə təbrik edir, ona karyerasında müvəffəqiyyətlər arzu edir.

    Şəhriyar bu günlərdə FİDE-nin Qran-prisində iştirak edir. Yarışın dördüncü turunda şahmatçımız ərəb qrossmeysteri Saleh Sələmi məğlub edərək xallarının sayını 2801-ə çatdırıb. Şəhriyar Məmmədyarov bu göstərici ilə yalnız Maqnus Karlsen, Uesli So, Vladimir Kramnik və Fabiano Karuanadan geridə qalır.

    Qeyd edək ki, Şəhriyar Məmmədyarov 12 aprel 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O Sumqayıtda 23 №-li məktəbi bitirdikdən sonra peşəkar şahmatçı karyerasına başlayıb. Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç Beynəlxalq qrossmeysterdən ibarətdir: Şəhriyar Məmmədyarov, böyük bacısı - Zeynəb Məmmədyarova və kiçik bacısı - Türkan Məmmədyarova.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10