Xəbər Lenti

    Kvekveskiri hansı Qazaxıstan klubundan təklif alıb?.. Teonun gələcəyi gürcüdən asılıdı

    FutbolTarix: 2017-05-19 12:21:00
    ...

    Ötən mövsüm “Qəbələ”nin uğurlu çıxışında böyük pay sahibi olmuş Nika Kvekveskiri komandasını dəyişməyə yaxındı. Sport24.az xəbər verir ki, Gürcüstan millisinin üzvü Qazaxıstanın “Tobol” klubuna keçməyə hazırlaşır.

    Həmyerlisi Omari Tetradzenin baş məşqçisi olduğu klub Kvekveskiriyə “Qəbələ”dəkindən daha yüksək məvacib təklif edib. Elə bu üzdən də gürcüstanlı yarımmüdafiəçi “qırmızı-qaralar”la yeni müqaviləyə imza atmağa tələsmir. Növbəti həftə bu məsələyə son nöqtə qoyulacaq.

    Maraqlıdır ki, “Qəbələ” də Nikaya görə digər mərkəz yarımmüdafiəçisi Teo Uiksin taleyinə aydınlıq gətirə bilmir. Topaz Premyer Liqasının gümüş mükafatçısı Kvekveskiriylə eyni mövqedə oynayan liberiyalı futbolçunu artıq yük sayır. Lakin Nika komandadan getsə, Kipr “Ermis”inə məxsus dayaq yarımmüdafiəçisinə görə yenidən icarə müqaviləsi üçün danışıq masası arxasına əyləşiləcək.   

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10