Xəbər Lenti

    "Qəbələ" "Milan"la qarşılaşacaq

    FutbolTarix: 2017-05-19 11:23:37
    ...

    “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Sport24.az xəbər verir ki, Ülfət Mədətovun baş məşqçisi olduğu U-13 İtaliyanın Rimini şəhərində təşkil edilən Flavio Perottinin xatirəsinə həsr olunan 14-cü turnirdə qüvvəsini sınayacaq. 

    Mayın 18-22-də baş tutacaq yarışda 24 komanda mübarizə aparacaq. 1-ci mərhələdə A qrupunda yer alan “qırmızı-qaralar” mayın  19-da “Milan”, ardınca “Spal 2013” ilə qarşılaşacaq. “Qəbələ” ertəsi gün “Kapilan Pallo” ilə görüşəcək. Təmsilçimizin növbəti mərhələdəki rəqibləri isə qrupda tutacağı yerdən asılı olacaq. 

    “Qırmızı-qaralar” Apennin yarımadasına 18 futbolçu ilə yollanıb. Heyətdə Heybət Vəliyev, Emil Umarov, Azər Məmmədhəsənzadə, Səid Ağazadə, İxtiyar Mamıyev, Fuad Əhmədov, İbrahim Ramazanov, Emil Süleymanov, Sərxan Mirzəzadə, Elmir Qələndərov, Sahil Həsənov, Nuqay Rəşidov, Qədir Mustafayev, Elmir Hüseynli, Fərid Kələntərov, Kamil Nəzərli, Namiq Şamilov və Tofiq Bayramov yer alıb.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10