Xəbər Lenti

    Ağır atletika yığmamız İslamiadada komanda hesabında 2-ci oldu - VİDEOİCMAL

    İslamiadaTarix: 2017-05-18 17:04:00
    ...

     

    Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarında ağır atletika üzrə yarışlar başa çatıb. 13-17 may tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında 20 ölkədən 128 atlet - 51 qadın və 77 kişi – medal mübarizəsinə qoşulub. Əsl həmrəylik və dostluq ab-havasında keçən, yetərincə maraqlı məqamlarla yadda qalan yarışlar şübhəsiz ki, uzun müddət heç bir ağır atletika sevərin yaddaşından silinməyəcək.

    İdmançıların çıxışları fərdi uğurları ilə yanaşı onların yığma komandalarının xal hesabını da zənginləşdirir. İslam Oyunlarında da digər ağır atletika yarışlarında olan sistemlə turnirin ən yaxşı qadın və kişi komandaları müəyyən edilib. Qayda belədir: hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan ağır atlet 28, 2-ci yeri tutan 25, 3-cü yeri tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır: 4-cü yer 22, 5-ci yer 21 xal...və nəhayət, 25-ci yer 1 xal. 

    Azərbaycan yığma komandası bu yarışa tam heyət – 8 kişi və qadın atletlə qatılmışdı. Yetərincə gənc heyətə malik komandamızın üzvləri ümumilikdə 4 dəfə fəxri kürsüyə qalxdılar. Qadınlarda Səbinə Əzimova (53 kq) və Elnarə Abbasova (63 kq) bürünc, Anastasiya İbrahimli (69 kq) isə qızıl medal əldə etdilər. Kişilərdə isə 94 kq çəki dərəcəsində Rövşən Fətullayev azarkeşləri bürünc medalla sevindirdi. Ümumi heyətin 25 faizinin nəticə qazanması ağır atletikamızın inkişafı baxımından gözəl nəticədir.

    Medal qazanmayan atletlərimiz isə sona qədər əzmkarlıq nümayiş etdirməlir ilə yadda qaldılar. Bunun da nəticəsində həm qadın, həm də kişi yığmamız İslam Oyunlarında ağır atletika yarışlarının komanda hesabında 2-ci yeri tutdu.

    Qadınlarda Mərziyyə Məhərrəmova 20, Səbinə Əzimova 23, Gülçin Əlizadə 22, Elnarə Abbasova 23, Firuzə İbrahimova 21, Anastasiya İbrahimli 28, Fidan Hüseynzadə və Fidan Əbdürrəhmanova hərəsi 19 xal toplayaraq, ümumi xal ehtiyatımızı 175-ə çatdırıblar. Bu isə, Azərbaycan qadın ağır atletika komandasının Oyunların 2-ci ən yaxşı komanda olması deməkdir. 3-cü pillədə 146 xalla İndoneziya qərarlaşıb. Çempion adını isə 194 xalla Türkiyə qazanıb.

    Kişilərdə eyni uğurumuz var. Belə ki, Elmar Alıyev 20, Allahyar Abışov 18, Əfqan Bayramov 17, Ceyhun Tağızadə 22, Kamran İsmayılov 18, Rövşən Fətullayev 23, Nailxan Nəbiyev 19, Azər Məmmədli 21 xalı aktivimizə əlavə etdilər. Bu isə toplam 158 xal deməkdir. Bu nəticə ilə Kişilərdən ibarət ağır atletika yığmamız İslam Oyunlarında bu növdə 2-ci ən yaxşı komanda adını qazandı. 3-cü pilləyə 144 xalla Səudiyyə Ərəbistanı sahib çıxdı. Çempionluq titulu isə 193 xal toplayan İran yığmasına qismət oldu.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10