Xəbər Lenti

    Elxan Məmmədov: "İslamiadanın medalçısı olan millimizə AFFA tərəfindən də mükafat olacaq"

    İslamiadaTarix: 2017-05-18 15:20:00
    ...

    AFFA-nın baş katibi Elxan Məmmədov IV İslam Həmrəyliyi Oyunlarında bu gün keçirilən Azərbaycan - Mərakeş yarımfinal oyunundan sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, Məmmədov öncə 2:0 hesabı ilə qalib gələrək finala çıxan millimizlə bağlı təəssüratlarını bölüşüb. 

    - Sevindirici haldı ki, yığmamız finala yüksəldi. Maksimum məqsədə artıq yavaş-yavaş çatırıq. Əsas odu ki, komandamız qol buraxmayıb. Bu da sevindirici haldı. Həmin nəticə onu göstərir ki, bütün komandamız, xüsusilə də müdafiəçilərimiz və qapıçımız çox cəsarəlti oyun nümayiş etdirib. Əslində, bugünkü matçda açıq oyun getdi. Rəqibin də qol vurmaq şansları var idi. Ancaq bizim şansımız daha çox idi. Finala inamlı qələbə ilə çıxdıq. Fürsətdən sitifadə edəərk bütün azarkeşlərimizi təbrik edirəm və finalda gözləyirik.

    - Millimiz qızıl medalın bir addımlığındadı, ən azı gümüş medalı özünə təmin edib. Ölkə başçısı İslamiadanın medalçılarına pul mükafatlarını açıqlayıb. AFFA rərhbərliyi xüsusi bir mükafat ayıracaqmı?

    - Təbii ki, AFFA tərəfindən də mükafat olacaq. Ancaq gəlin, birinci məqsədə çataq, ondan sonra da milli komandaya bunu elan edəcəyik.

    - Həm bu, həm də Mərakeş oyundan sonra qarşı tərəfdən hakimliklə bağlı narazılıqlar oldu. Federasiya rəsmisi kimi buna münasibətinizi bilmək istərdik...

    - Sözün düzü, mənə heç kim yaıxnlaşmayıb, heç nə deməyib. Yalnız xaricdən bir nümayəndə yaxınlaşdı. O, kənarda oturmuşdu. Dedi ki, 3-cü qolu da vurmuşduq, top xətti keçmişdi. Açığı, videotəkrara baxa bilmədim. Çünki monitor, televizor yox idi. Axşam baxacağıq. Bugünkü oyun hər şeyi göstərdi. Daha çox qol vurmağa şanslarımız da var idi. Belə bir şikayət də olmadı.

    - Satışda biletlər qalmasa da, millimiz azarkeş baxımından əziyyət çəkir. Bu, nəylə bağlıdı?

    - Sözün düzü, idman məsələləri ilə bağlı menecer var. O, IV İsıam Həmrəlyii Oyunları Təşkilat Komitəsinin üzvüdü. Mən da ona eyni şeyi dedim. Oyuna 20 bilet almaq istəyirdim. Dedilər ki, biletlər satılıb. Lakin təəsüflər olsun ki, biz bu azarkeşlər stadionda görmədik. Yəqin ki, vaxta görədi. Bu, ola bilər. Bildiyiniz kimi, yayıma görə oyunun vaxtnı saat 12:30-sa saldılar. İş günüdü deyə azarkeşlər şəhərdən Mərdəkana gəlməyə çətinlik çəkirdilər. Belə düşünürəm ki, burdakı azarkeşlər Mərdəkan qəsəbəsinin sakinləridi. Bir daha fürsətdən istifadə edərək hər birinizi təbrik eidrəm. Çox sağ olun ki, mətbuat komandanın yanındadı.

    - Finalda hansı komandanı rəqib kimi gözləyirsiniz? Kamerunla qrupda oynamışıq..

    - Daha zəifini (gülür).

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3