Xəbər Lenti

    Robert Prosineçki: "Hər komanda ilə qarşılaşmaq istəmirik"

    FutbolTarix: 2017-05-18 15:00:00
    ...

    IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirinin yarımfinalında üz-üzə gələn Azərbaycan və Əlcəzairin 23 yaşadək oyunçulardan ibarət yığmalarının oyununu izləyənlər arasında Robert Prosineçki də var idi. Sport24.az xəbər verir ki, xorvatiyalı mütəxəssis hazırda təlim-məşq toplanışında olan əsas yığmamızın durumu ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
     
    - Millimizin Bakı toplanışı barədə nə deyə bilərsiz?
    - Hələlik, tam heyətlə hazırlaşa bilmirik. Hazırlığın ilk günlərindən razıyam. Komanda həvəslə məşq edir. Amma hazırlığın əsas mərhələsi Avstriyada baş tutacaq. Oraya artıq tam heyətlə yollanacağıq.

    - Millimiz orada iki yoxlama oyunu keçirməlidi, amma hələ rəqib tapa bilməmisiz...
    - Bəli, iki yoxlama oyunu keçirmək istəyirik. Ümid həmişə var. Bu məsələni ən azından orada yerindəcə yoluna qoymağa çalışacağıq.

    - Heç kim millimizlə oynamaq istəmir, yoxsa sizin oynamaq istədiyiniz komanda yoxdu?
    - Hər komanda ilə qarşılaşmaq istəmirik. Oynamaq istədiyimiz komandalar da Avstriyada olmayacaq. Bu il oraya az komanda gələcək.

    - Rəşad Sadıqovun zədəsi nə dərəcədə ciddidi?
    - Deyə bilmərəm. Ümid edirəm ki, o da Avstriyada ümumi kollektivlə məşq edə biləcək.

    - Çempionatımız çox erkən bitdi. Bəzi oyunçular İslamiadada çıxış edir, bəziləri yenicə məşqlərə başlayır. Bu, Şimali İrlandiya ilə seçmə mərhələ oyunu öncəsi problem yarada bilər?
    - Legionerlər öz çempionatlarında oynayırlar. "Qəbələ" və "Qarabağ" da mövsümü o qədər də tez bitirmədi. Buna görə də hansısa problem görmürəm.

    - U-23 millimizin İslamiadadakı çıxışını necə qiymətləndirərdiniz? Komandamız bu turnirin qalibi ola bilər?
    - Hər şey ola bilər. Komanda heç də pis oynamır, mübarizə aparır. Əlcəzairlə oyunun da ilk yarısından razı qaldım. Finala çıxmaq çətin olacaq. Əlcəzair çox güclüdü.

    - Bəs sizin yetirmələriniz niyə Əlcəzairlə oyunu izləməyə gəlməyib?
    - Planlarımızı korlamaq istəmədim. Onlar oyunu televizordan izləyirlər. 17:00-da isə məşqimiz var. Qoy istirahət etsinlər.

    (futbolinfo)
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10