Xəbər Lenti

    "Neftçi" Azərbaycan Kubokunun qalibi olub - FOTOLAR

    FutbolTarix: 2017-05-18 11:25:00
    ...

    ABU Arenada futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Sport24.az xəbər verir ki, qarşılaşmadan əvvəl ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, “Neftçi” İK və “Araz” komandasının üzvlərinə təqdim edilib. Çempionatın ən yaxşı baş məşqçisi İlqar Aslanov, ən yaxşı oyunçusu Namiq Məmmədkərimov (EKOL), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçilib. Mövsüm ərzində 56 qol vuran “Araz”ın hücumçusu Teles Martins Tyaqo isə ölkə çempionatının bombardiri olub. Komandalara diplom, medalları və kuboku beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim edib.

    Azərbaycan kubokunun final oyununda isə “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşıb. Qarşılaşma 7:5 hesabı ilə “Neftçi” İK-nın xeyrinə başa çatıb. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Nicat Qafarlı final matçının ən yaxşı oyunçusu seçilib. Mükafatları futzal federasiyasının baş katibi Mahmud Sadıqov təqdim edib.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10