Xəbər Lenti

    "Bakı-2017"də 6-cı gündə "Qəbələ"dən 5 medal

    İslamiadaTarix: 2017-05-17 23:50:00
    ...

    Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 6-cı gününə yekun vurulub. Sport24.az xəbər verir ki, bu gün “Qəbələ” İdman Klubunun Azərbaycan yığmasındakı təmsilçilərindən 5-i qüvvəsini sınayıb.

    80 kq çəki dərəcəsində çıxış edən taekvondoçuların yarışında çempion olan Milad Beiqi Harçeqani ilə yanaşı, 4 boksçumuz da günü uğurla başa vurub. Yarımfinal döyüşünə çıxan idmançılarımızın dördü də qalib gələrək, finala vəsiqə əldə edib. Bununla da onların hər biri ən azı gümüş medalı təmin edib.
    Cavid Çələbiyev (60 kq) yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə qarşılaşıb. Görüş dünya çempionumuzun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Çələbiyev sabahkı finalda iraqlı Ammar Karbalai ilə üz-üzə gələcək.

    69 kq çəkidə çıxış edən Tamerlan Abdullayev qazaxıstanlı idmançı İlya Oçkini məğlub edib - 4:0. O, sabah keçiriləcək finalda özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək. 

    75 kq çəki dərəcəsində yarışan Olimpiya mükafatçımız Kamran Şahsuvarlı Yuness Qarrumini (Mərakeş) mübarizədən kənarlaşdırıb. O, sabah baş tutacaq finalda qazaxıstanlı Tursunbay Kulahmetlə döyüşəcək. 

    81 kq çəki dərəcəsində qüvvəsini sınayan Rauf Rəhimovun yarımfinaldakı rəqibi Abdelrəhman Abdelqəvvədin (Misir) zədə səbəbindən görüşə çıxmayıb. Nəticədə texniki qələbə qazanan idmançımız finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi türkmənistanlı Arslanbek Açilov olacaq.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0