Xəbər Lenti

    3 böyük, 4 kiçik medalla dördüncü yer

    DigərTarix: 2017-03-13 17:31:00
    ...

    İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku başa çatıb. Mötəbər turnirdə Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak ediblər. Onlardan körpücük üzərinə son olaraq Asxab Kolayev çıxıb. O, +105 kq çəki dərəcəsində mübarizə aparıb.

    Atletimiz birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada isə 157 kq-ı ram edib.

    Toplam 295 kq (138+157) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

    Azərbaycan yığması 2-ci Beynəlxalq Fəcr Kubokundan aktivində 3 böyük (hər üçü bürünc), həmçinin ayrı-ayrı hərəkətlərdə daha 4 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 1 bürünc) medalla qayıdır.

    Millimiz 465 xalla həm komanda, həm də toplam 7 medalla medal hesabında bu turnirdə 4-cü yeri tutub. İlk üç yeri isə müvafiq olaraq Xuzistan bölgəsinin komandası(623 xal), Iranın gənclər komandası( 618 xal) və Türkiyə ağır atletləri(545 xal) tutub.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0