Xəbər Lenti

    Güləşçilərimiz Batumidən 2 medalla qayıdır

    GüləşTarix: 2017-05-15 13:01:00
    ...

    Gürcüstan Respublikasının Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Sport24.az xəbər verir ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub. 

    Yalnız final görüşündə uduzan Zülfüqar Əliyev (50 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 60 kq çəkidə mübarizə aparan Kamran Mirzəliyev qazanıb. Həlledici görüşdə güləşçimiz Ermənistan idmançısına tam üstünlüklə qalib gəlib. 

    96 kq-da yarışan Sayqidmaqomed Ömərov turniri 5-ci sırada tamamlayıb. 

    Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edib. 
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10