Xəbər Lenti

    Məmmədyarov üçün "qoç döyüşü"

    ŞahmatTarix: 2017-05-16 10:00:00
    ...

    Bu gün şahmat Qran Prisinin 5-ci turunun qarşılaşmaları keçiriləcək. Sport24.az xəbər verir ki, 1-ci lövhədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov mübarizə aparacaq.

    Həmyerlimiz ağ fiqurlarla Çin şahmatçısı Dinq Lirenlə qarşılaşacaq. Ötən turda qaralarla Saleh Salemi olduqca dramatik məcrada keçən partiyada məğlubiyyətə uğradan Şəhriyar xal ehtiyatını 3-ə yüksəldərək, Lirenin Peter Svidlerlə xalları yarı bölməsindən yararlanıb. İndi hər iki şahmatçının aktivində 3 xal var.

    Digər təmsilçimiz Teymur Rəcəbov üçün də 4-cü tur uğurlu alınıb. O, ispaniyalı Fransisko Valyexonu qara fiqurlarla məğlub edib və indi 2,5 xalla liderləri təqib edən 2 şahmatçıdan biridi. Rəcəbovun bugünkü rəqibi Peter Svidlerdi. Rusiyalı qrossmeyster qara fiqurlarla oynayacaq.

    Qeyd edək ki, bu turdan sonra yarış iştirakçılarına 1 günlük istirahət veriləcək və bundan sonra onlar həlledici 4 turun qarşılaşmalarına çıxacaqlar.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0