Xəbər Lenti

    Biri 97, digəri 73 pillə qabağa düşdü

    CüdoTarix: 2017-03-13 14:45:00
    ...

    Beynəlxalq Cüdo Federasiyası "Böyük Dəbilqə"nin yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, siyahıda Azərbaycan cüdoçuları böyük irəliləyişə nail olub. Birinci olan Rüfət İsmayılov aktivinə yazdığı 1000 xalla birdən-birə 97 pillə irəliləyib. 20 yaşlı cüdoçu 81 kq çəki dərəcəsində 15-cidi. Gümüş medalçı Məmmədəli Mehdiyev (90 kq) 11 rəqibini qabaqlayıb. O, siyahıda 11-cidi. Daha bir gümüş mükafatçımız Elmar Qasımov (100 kq) isə əlavə 700 xalla yenidən birinci yerə yüksəlib

     

    Bürünc medal qazanan Orxan Səfərov da 60 kq çəki dərəcəsində dünyanın ən güclüsünə çevrilib. Rüstəm Orucov (bürünc medal, 73 kq) da çəkisinin birincisidi. “Böyük dəbilqə”də digər bürünc medalçımız Elxan Məmmədov (100 kq) 7 rəqibini geridə qoyub. 35 yaşlı dünya çempionumuz hazırda 5-cidi.

    Qadınların yarışında yeganə mükafatçı Xanım Hüseynova 73 pillə önə keçərək, 35-ci yerə qalxıb.

    Aişə Qurbanlı isə 48 kq çəki dərəcəsində mövqeyini itirib. Yarışda uğursuz çıxış edən təmsilçimiz 51-ci yerə enib. Bu çəkidə 7-ci olan Leyla Əliyeva onu və ümumilikdə 42 rəqibini qabaqlayaraq, 47-ci yerə yüksəlib.

    Turnirdə 5-ci olan Nicat Şıxəlizadə ilə Uşanqi Kokauri (+100 kq) hərəyə 3, Hidayət Heydərov (73 kq) 10, Tural Səfquliyev (90 kq) 16 rəqibini arxada qoyub. Onlar müvafiq olaraq, 4-cü, 18-ci, 23-cü və 25-ci pilləyə yüksəliblər.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0