Xəbər Lenti

    Məmmədyarov üçün "het-trik" şansı

    ŞahmatTarix: 2017-05-12 11:43:00
    ...

    Bu gün Moskvada şahmat Qran Prisinin 2-ci mərhələsi start götürür. Sport24.az xəbər verir ki, yarışda iki azərbaycanlı qrossmeyster – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da yer alır.

    Ümumilikdə 18 dərin zəka sahibinin mübarizə aparacağı turnir İsveçrə sistemi ilə 9 turu əhatə edəcək. İlk turda şahmatçılarımızın hər iki ağ fiqurlarla oynayacaq. Şəhriyar ispaniyalı Fransisko Valyexo, Rəcəbov isə Çin şahmatçısı Dinq Lirenlə qarşılaşacaq.

    Digər cütlükləri təqdim edirik: 
    Maksim Vaşye-Laqrav (Fransa) – Maykl Adams (İngiltərə)
    Ernesto İnarkiyev (Rusiya) – Hikaru Nakamura (ABŞ)
    Aniş Giri (Hollandiya) – Boris Gelfand (İsrail)
    Yevgeni Tomaşevski (Rusiya) – Peter Svidler (Rusiya)
    Yan Nepomnyaşşi (Rusiya) – Xou İfan (Çin)
    Saleh A.R. Salem (BƏƏ) – Aleksandr Qrişşuk (Rusiya)
    Pentala Harikrişna (Hindistan) – Yon Hammer (Norveç)

    Xatırladaq ki, son iki mötəbər yarış Məmmədyarov üçün olduqca uğurlu alınıb: Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirinin qalibi olan həmyerlimiz, ardınca Rusiyanın komanda birinciliyində “Sibir”in heyətində çempionluq qazanıb.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10