Xəbər Lenti

    Avropa ikincisi olan sərbəst güləş yığmamız Vətənə dönüb - FOTO

    GüləşTarix: 2017-05-08 17:51:00
    ...

    Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatında uğurla çıxış edərək 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz ötən gün Vətənə qayıdıblar. Milli komandamızın Heydər Əliyev beynəlxalq hava limanında qarşılanma mərasimi keçirilib. 

    Giorgi Edişeraşvili bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Süleymanov,  Aleksandr Qostiyev  və  Cəmaləddin Məhəmmədov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Komandamızın digər üzvü Ruslan Dibirhacıyev isə çempionatı 3-cü yerdə başa vurub. 

    Qarşılanma mərasimində yığmanın məşqçiləri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar.

    Xatırladaq ki, sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi olublar. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10