Xəbər Lenti

    Boks yığmamız beynəlxalq turnirdə 2 medal qazanıb

    BoksTarix: 2017-05-08 10:10:00
    ...

    Mayın 3-6-da Polşanın paytaxtı Varşavada kişi və qadın boksçular arasında Feliks Stammanın xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. Sport24.az XXXIV dəfə təşkil olunan A kateqoriyalı ənənəvi yarışa Azərbaycan yığması da qatılıb.

    23 ölkənin mübarizə apardığı turnirdə millimiz 6 qadın boksçu ilə təmsil olunub. Səfərə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yollanan komandamız turniri 2 medalla başa vurub.

    Yığmamızın lideri Anna Əlimərdanova Varşavada bütün rəqiblərindən üstün olub. 57 kq çəki dərəcəsində çıxış edən Avropa Oyunlarının bürünc medalçısı finalda amerikalı Vendi Cesi ilə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Əlimərdanova qızıl medala yiyələnib.

    Komandamızın aktivinə digər medalı Şəhla Allahverdiyeva yazdırıb. 69 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Nadine Apitslə qarşılaşıb. 0:5 hesabı ilə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

    Yarışı 1 qızıl və 1 gümüş medalla başa vuran qadınlardan ibarət yığmamız komanda hesabında ikinci yeri tutub.

    Qeyd edək ki, digər boksçularımızdan Viktoriya İsmayılova (51 kq) ilə Məhsəti Həmzəyeva (57 kq) 1/8, Anaxanım Ağayeva (51 kq) və Yana Alekseyevna (60 kq) 1/4 finalda məğlubiyyətə üzülüb.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0