Xəbər Lenti

    AÇ-2017: sərbəst və qadın güləşçilərimiz Avropa ikincisi oldu - FOTOSESSİYA - VİDEOİCMAL

    GüləşTarix: 2017-05-06 00:20:00
    ...

    Serbiyanın Novı Sad şəhərində Avropa çempionatda sərbəst və qadın güləşçilərin yarışları başa çatıb. 

    Qadın güləşçilərimiz çempionatı 1 qızıl və 2 bürünc medalla tamamlayıb. Qızıl medalı komandamıza Mariya Stadnik (48 kq), bürünc medalları isə Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) qazandırıb. 

    Bu nəticə ilə qadın güləşçilərimiz komanda hesabında 45 xalla Avropa ikincisi olub. Rusiya 55 xalla birinci, Belarus isə 43 xalla üçüncü yeri tutub.

    Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla yekunlaşdırıb. Qızıl medalı yığmamıza Giorgi Edişeraşvili (57 kq) qazandırıb. Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Ruslan Dibirhacıyev (70 kq) isə bürünc medala sahib olub. 

    Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi olub. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub. 


Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10