Xəbər Lenti

    "Fiziki göstəricilərinə görə uddu" - Qasımovun etirafı

    CüdoTarix: 2017-03-12 18:22:00
    ...

    Cüdo üzrə "Böyük Dəbilqə" turnirində 100 kiloqram çəki dərəcəsində gümüş medal qazanan Elmar Qasımovun Sport24-ə müsahibəsi

    - Nəticəndən razısan?

    - Məşqlərə yeni başlamışam. Buna görə də fiziki cəhətdən bir az geri qalıram. Keçən "Böyük Dəbilqə"də daha zəif çıxış etmişdim. Bu dəfə ən azından medal qazana bildim. Həm də hazırda əsas məqsəd İslam Oyunlarında uğurlu çıxış, qalibiyyətdi. Diqqəti daha çox ora yönəltmişik.

    - Final görüşündə nə çatmadı?

    - Korrel əvvəl ikinci nömrə idi, Rioya da komanda yoldaşı Henk Qrol gəlmişdi. Fiziki cəhətdən çox artırıb son vaxtlar. Amma texnikası zəif idi. Fiziki göstəricisinə görə uddu bu görüşü.

    - Komanda yoldaşlarından bu yarışda kim səni təəccübləndirdi?

    81 kiloqramda çıxış edən Rüfət İsmayılov. Xeyli güclü rəqibi uddu. Reytinqli cüdoçular isə bir qədər zəif çıxış etdi.

    - Qarşıdakı "Dünya turu" turnirlərində iştirak planın var?

    - Yox, açığı. Diqqəti hazırlıqlara yönəldəcəyik.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0