Xəbər Lenti

    Boks yığmamızın İslamiada üçün heyəti açıqlanıb

    BoksTarix: 2017-05-02 14:59:00
    ...

    Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib. Sport24.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.

    Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, Bakı-2015-in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb.

    Azərbaycan millisini heyəti:

    49 kq. Rüfət Hüseynov

    52 kq. Məsud Yusifzadə

    56 kq. Tayfur Əliyev

    60 kq. Cavid Çələbiyev

    64 kq. Elvin İsayev

    69 kq. Tamerlan Abdullayev

    75 kq. Kamran Şahsuvarlı

    81 kq. Rauf Rəhimov

    91 kq. Teymur Məmmədov

    +91 kq. Məhəmmədrəsul Məcidov

    Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları “Bakı Kristal Zal-2”də keçiriləcək. Yarışlar mayın 12-də start götürəcək. Finallar isə mayın 18-nə təsadüf edəcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 5 4 1 0 11-4 13
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10