Xəbər Lenti

    CEV prezidenti: "Cavid Qurbanovla Faiq Qarayev Azərbaycanda voleybolun inkişafı üçün böyük işlər görürlər"

    VoleybolTarix: 2017-05-01 23:00:00
    ...

    Romada "Sheraton Conferans" hoteldə FİVB prezidenti Graça Filho, vitse prezident Fabio Azevedo, CEV prezidenti Aleksandar Boriçiç, vitse prezident Özkan Mutlugil Azərbaycan Voley Federasiyasının I vitse prezidenti Faiq Qarayev, Mixail Frişman,Onat Kurtun iştirakı ilə 3 saatlıq görüş keçirilib. Sport24.az AVF-in mətbuat xidmətinə istinadən xəbər verir Azərbaycan voleybolunun bu gunu görülən işlər və planlarla bağlı geniş iclas olub.

    İlk olaraq CEV prezidenti Azərbaycanda voleybol idman növünün hər kəs tərəfindən çox sevildiyini və AVF nin gördüyü işlərdən danışıb. Ən əsas FİVB prezidentinə Avropa Çempionatının püşk atması ərəfəsində Azərbaycan prezidenti Cənab İlham Əliyevlə olan görüşündən danışıb. Qeyd edib ki, ən önəmlisi Azərbaycanda voleybola olan sevgi ilk olaraq ölkə başçısından başlayır: "Hər zaman İlham Əliyev idmana və idmançılara böyük diqqət ayırır. Deyə bilərəm ki,bu diqqəti mən özüm də şahid oldum. Nəzərinizə çatdırım ki, AVF prezidenti cənab Cavid Qurbanov və Faiq Qarayev Azərbaycanda voleybolun, çimərlik voleybolunun inkişafı üçün böyük işlər görürlər. Azərbaycan hər zaman böyük yarışlara ev sahibliyi etməyə çalışır və bir neçə gündən sonra 4-cü İslam Həmrəylik Oyunları, may ayının sonunda dünya çempionatının təsnifat mərhələsinə və əsası sentyabr ayında Avropa Çempiomatının final mərhələsinə ev sahibliyi edəcəkdir. Mən CEV prezidenti olaraq bildirmək isdəyirəm ki, biz Azərbaycan voleybolunu CEV, Çempionlar Liqasında , Çağırış kubokunda daha aktiv görmək istəyirik".

    Daha sonra FİVB prezidenti çıxış edib: "Baxmayaraq ki, biz tez-tez görüşməsək də, hər zaman sizin gördüyünüz işlərdən xəbərdarıq və AVF-in gördüyü işlər bizləri sevindirir. Statistlərin,məşqçilərin,orta məktəb müəllimlərinin seminarları keçirilir. Bu cür seminarları voleybu təbliğ etmək üçün ən gözəl işdi. Aşağı qrupların (qız və oğlan) yaradılması tikilən idman zalları bizi qürurlandırır. Qeyd edim ki, Azərbaycanda Voleybol,Çimərlik voleybolunun daha da inkişaf etməsi üçün əlimizdən gələn köməkliyi etməyə hazırıq".

    Qarayev də görüçdə çıxış edib: "Sizin Azərbaycan voleybolu ilə bağlı dedikləriniz məni çox sevindirdi. Görülən hər bir işin qiymətləndirilməsi deyə bilərəm ki,bizi daha da böyük işlər görməyə həvəsləndirir. Bildirmək istərdim ki, AVF hər zaman Sizlərin bizə verdiyiniz dəstəyi görür və hiss edirik. AVF prezidenti Cavid Qurbanov hər zaman çalışır ki, voleybolumuz Avropa, dünya reytingində ən yüksək pillələrdə olsun. Qarşıda bizi böyük yarışlar gözləyir. Nəzərinizə çatdırmaq istərdim ki, bu yarışların yüksək səviyyədə keçirilməsi üçün böyük işlər aparırıq. Voleybol və çimərlik voleybolunun ölkəmizdə təbliğ olunması üçün böyük layihələrimiz var artıq onların həyata keçirilməsinə başlamışıqÜ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0