Xəbər Lenti

    Mirzəyev İranda bürünc medalçı oldu

    DigərTarix: 2017-03-11 20:31:37
    ...

    İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku davam edir. Sport24.az xəbər verir ki, böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.

    Bu gün Sənan Mirzəyev 85 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, uğurlu çıxış edərək fəxri kürsüyə qalxa bilib.

    Sənan birdən qaldırma hərəkətində 141 kq-ı ram edib və bu hərəkətdə 3-cü olub. Təkanla qaldırma hərəkətində 167 kq-ı başı üzərinə qaldıran Mirzəyev, bu hərəkətdə 4-cü yeri tutub.

    Toplam 308 kq (141+167) nəticə göstərən atletimiz yekun sıralamada bürünc medala layiq görülüb.

    Beləliklə, Fəcr Kubokunun ilk iki yarış günündə ağır atletlərimiz 3 böyük (hər üçü bürünc) medal qazanıblar. Bununla yanaşı, onları ayrı-ayrı hərəkətlərdə daha 5 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 2 bürünc) medala layiq görüldüyünü də qeyd etmək lazımdır.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10