Xəbər Lenti

    Kulandan 13 xal, Kseniya məğlubiyyətə üzüldü

    VoleybolTarix: 2017-04-26 12:05:00
    ...

    Türkiyə Sultanlar Liqasında 5-8-ci yerlər uğrunda mübarizə davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Yana Kulanın çıxış etdiyi “Çanakkale Bld” klubu seriyanın həlledici görüşündə "Halkbank”a 3:2 (23:25, 25:17, 25:18, 17:25, 15:11) hesabı ilə qalib gələrək, 5-ci yer uğrunda mübarizəyə qoşulub. Bu matçda Kulan 13 xala imza atıb.  

    Bildirək ki ilk oyun “Çanakkale”nin (3:2), ikinci oyun isə “Halkbank”ın eyni hesablı qələbəsi ilə nəticələnmişdi.

    Millimizin digər oyunçusu Kseniya Kocyığıtın şərəfini qoruduğu “Beşiktaş” bu mərhələdə “Bursa BŞB” komandası ilə qarşılaşırdı. İlk oyunda məğlub olan “qara qartallar” (0:3), ikinci oyunda seriyanın ümumi hesabını bərabərləşdirdilər (3:2). Bursada keçirilmiş həlledici oyunda isə yerli komanda “Beşiktaş”dan üstün olub – 3:1 (25:13, 20:25, 25:16, 25:17). Bu oyunda iştirak edən Kseniya komandasının aktivinə 4 xal yazdıra bilib.

    Beləliklə, 5-ci yer uğrunda “Çanakkale Bld” “Bursa BŞB”-ya qarşı, “Beşiktaş” isə 7-ci yer uğrundə “Halkbank”a qarşı mübarizə aparacaq.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 5 4 1 0 11-4 13
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10