Xəbər Lenti

    Gimnastımız Avropa çempionatında 41-ci oldu

    GimnastikaTarix: 2017-04-24 17:41:00
    ...

    19-23 aprel tarixlərində Rumıniyanın Kluj şəhərində idman gimnastikası üzrə Avropa Çempionatı baş tutub. Sport24.az xəbər verir ki, çempionatda ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Bense Talas və Murad Ağarzayev təmsil edib. İlk dəfə bu qəbildən olan turnirdə çıxış edən idmançılar çoxnövçülükdə, müvafiq olaraq, 41 və 48-ci yerlərdə qərarlaşıblar.

    Qadınların mübarizəsinə gəldikdə, Yuliya İnşına və Yekaterina Tişkova isə çoxnövçülükdə, müvafiq olaraq, 52 və 55-ci  yerlə kifayətləniblər. 

    Qeyd edək kİ, bu çempionat ölkəmiz üçün önəmli məqam ilə yadda qalıb. Belə ki, ilk dəfə olaraq Avropa Çempionatı kimi irimiqyaslı yarışda xalların hesablanması və video-nəzarət sistemi məhz Azərbaycanın innovativ brendi “SmartScoring” tərəfindən həyata keçirilib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10