Xəbər Lenti

    Cüdo tariximizin qızıl Varşava səhifəsinə XÜLASƏ

    CüdoTarix: 2017-04-24 13:31:00
    ...

    Cüdo üzrə Avropa çempionatı başa çatdı. Sayca 56-cı olan bu turnir Azərbaycan cüdo tarixinə, medalların həm sayına, həm də keyfiyyətinə görə ən yaxşı AÇ kimi düşür.

    Həmçinin, kişilərdən ibarət komandamızın çıxışının yaratdığı mənzərə, hazırkı heyəti ölkə cüdo tarixinin ən yaxşısı adlandırmağa da sövq edir.

    20 yaşını hələ tamamlamayan Hidayət Heydərovun(73 kq) çempionluğu, bu, bir yana, bütün göstəricilərdə möhtəşəm hazırlığı nə qədər gələcəyə böyük ümid yaradırsa, qocaman Elxan Məmmədovun(100 kq) zəfəri bir o qədər proqnozları alt-üst etdi.

    Bir çox cüdo mütəxəssislərinin ona inanmadığı, "Elxan artıq idmandan getməlidi" dediyi məqamda,  son iki mərhələdə Rio Olimpiadasının mükafatçılarını məğlub edərək, 35 yaşında Avropa çempionluğu qazanan Elxan Məmmədov ən xoş sözlərə layiqdi. 

    Heydərovu Azərbaycan cüdosunun böyük tapıntısı, Məmmədovu isə, mübaliğəsiz, ölkə idmanının əzmkarlıq, qətiyyət simvollarından biri kimi qələmə vermək olar.  

    Mükafatçılarımıza gəldikdə, Orxan Səfərov(60 kq) zədəsinə rəğmən, ardıcıl üçüncü Avropa çempionatından mükafatla dönür. Nicat Şıxəlizadə(66 kq) ilə Rüstəm Orucov(73 kq) daha artığına qadir olsalar da, hər iki idmançının illərdi stabil çıxış etməsi xüsusi vurğulanmalıdı.

    Məmmədəli Mehdiyev mükafatçılar sırasında olmasa da, hazırlıq formasında nəzərə çarpan böyük irəliləyiş qeyd edilməlidi. Olimpiadada, ardından Bakı "Böyük Dəbilqə"sində, indi isə AÇ-da göstərdiyi çıxış onun haqqında artıq "bişmiş cüdoçu" təəssüratı yaradır. Komanda yarışında fərdi yarışın finalçısı fransız Aksel Klerqet də daxil, bütün rəqiblərinə əzmkarlıqla qalib gələn Mehdiyevdən gələcək yarışlarda yüksək nəticələr gözləməyə dəyər.  

    Məmmədəli 90 kiloqram çəki dərəcəsində daha heç kim üçün "hazır" rəqib deyil.

    Rüfət İsmayılov(81 kq) debüt AÇ-sində medalsız qalsa da, komanda yarışında özünü yaxşı tərəfdən göstərməyi bacardı. İsmayılov, fiziki hazırlığı üzərində bir qədər çalışsa, potensialı çəkidəki rəqiblərlə başabaş mübarizə aparmaq üçün yetərlidi. 

    Çxışı haqqında heç cür xoş təəssürat yaratmayan yeganə təmsilçimiz isə Uşanqi Kokauridi. Çəkinin liderlərinin bir neçəsinin yoxluğunda, AÇ-də nəhayət, medal hesabını açacağını gözlədiyimiz gürcü legioner, elə ilk mərhələdəcə yarışla vidalaşdı.

    100 kiloqramdakı digər təmsilçimiz, Rio Olimpiadasının vitse-çempionu Elmar Qasımova gəldikdə, yarışdan öncə hazırladığımız yazıda məşqçilərin fikirlərinə əsasən, formada olmamasını, üstəlik, zədə problemi yaşadığını qeyd etmişdik. Bu səbəbdən onun mükafatçılar sırasında olmaması gözlənilməz deyil.  

    Qadınların yarışındakı təmsilçilərimiz Aişə Qurbanlı(48 kq) və Nəzakət Əzizova(52 kq) isə bütün önbaxışlarda medalçılar sırasında qeyd edilmirdi. 

    SAHİB ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10