Xəbər Lenti

    Rüfət İsmayılovun sensasion çempionluğu və iki bürünc - YENİLƏNDİ

    CüdoTarix: 2017-03-11 12:08:28
    ...

    Turnirin debütantı Rüfət İsmayılov iranlı rəqibini də "vazari" ilə üstələyərək gözlənilmədən turnirin qalibi adına yiyələndi.

    Rüstəm Şavdatuaşvilini "qızıl xal" da məğlub etdi. Heydərov isə görüşün gedişində "vazari" ilə öndə olsa da, son saniyələrdə "ippon"a düşərək beşinciliklə kifayətləndi. 63 kiloqramda çıxış edən qadınların Azərbaycan derbisində Xanım Hüseynova üstün oldu. Bu çəkidəki digər təmsilçimiz Nuriyyə Axundova və 70 kiloqramda Validə Mirzəzadənin nəticəsi isə beşincilik oldu.

    ***

    Yarışın ikinci günündə 7 cüdoçumuz final proqramına vəsiqə qazanıb. Onlardan biri final görüşündə, digərləri isə bürünc medal uğrunda mübarizə aparacaq.

    "Qızıl" uğrunda görüşə kişilərin 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət İsmayılov vəsiqə qazanıb. Gənc cüdoçumuz Özbəkistan cüdoçusunun ardından Moldova, Bolqarıstan və Yaponiya təmsilçilərini "ippon"la keçərək finalda iştirak hüququ qazanıb. Burada onu İran cüdoçusu Səid Mollai gözləyir.

    73 kiloqramda isə iki cüdoçumuz üçüncülük üçün mübarizə aparacaq. Bunlar Rüstəm Orucov və Hidayət Heydərovdu.

    Öncə gürcüstanlı rəqibini "ippon"la keçən 25 yaşlı Orucov ardından yaponiyalı dünya çempionu Riki Nakayiyə bir "vazari" xalı ilə uduzub. Təsəlliverici görüşdə Ukraynadan Dmitro Kanivetsi məğlub edən Rüstəmi həlledici görüşdə olimpiya çempionu, gürcüstanlı Laşa Şavdatuaşvili gözləyir.

    Heydərov da ilk mərhələdə qalib gəlsə də, sonradan Laşa Şavdatuaşviliyə uduzub. Təsəlli görüşündə komanda yoldaşı Telman Vəliyevi üstələyən gənclərin dünya çempionunu macarıstanlı vitse-olimpiya çempionu Mikloş Unqvari səddi ayırır.

    Qızların mübarizəsində isə 63 kiloqramda üç cüdoçumuz üçüncülük görüşünə vəsiqə qazanıb ki, onlardan ikisi bir-birilə görüşəcək. Bunlar Xanım Hüseynova və Gülsədəf Kərimovadı. Digər görüşdə isə Nuriyyə Axundova türkiyəli Büsra Katipoğlu ilə gücünü sınayacaq.

     

    70 kiloqramda medal ümidimiz Validə Mirzəzadədi. O, "bürünc" üçün Bosniya və Hersoqovinadan olan Aleksandra Samardziç ilə qarşılaşacaq.

    Qeyd edək ki, final görüşləri saat 17-00-da başlayır.

    ***

    "Böyük Dəbilqə"nin ikinci günüdə daha 16 cüdoçumuz doğma publika qarşısına çıxır.

     
    Sport24.az-ın məlumatına görə, kişilərdə 73, 81, qadınlarda isə 63 və 70 kiloqramda qaliblər müəyyənləşəcək.
     
    Kişilər, 73 kq
    1/16 final. Telman Vəliyev - Yeldos Jumakanov (Qazaxıstan)
    1/8 final. Rüstəm Orucov - Martin Hojak (Sloveniya) / Omari Niazaşvili (Gürcüstan) cütünün qalibi
    1/8 final. Elvin Mustafayev - Dmitri Kanivets (Ukrayna)
    1/8 final. Hidayət Heydərov - İşen Amanov (Qırğızıstan) / Xikmatilox Turayev (Özbəkistan)

    81 kq
    1/16 final. Rüfət İsmayılov - Sünnatulla Əzimov (Özbəkistan)
    1/16 final. Vüqar Bayramov - Georgi Papunaşvili (Gürcüstan)
    1/8 final. Afiq Səfərli - Səid Mollayi (İran)
    1/8 final. Tural Hüseynov - Uqanbatar Otqonbatar (Monqolustan)
     
    Qadınlar, 63 kq
    1/4 final. Xanım Hüseynova - Nuriyyə Axundova
    1/4 final. Nərgiz Hacıyeva - Busra Katipoğlu (Türkiyə)
    1/4 final. Gülsədəf Kərimova - Andreya Leski (Sloveniya)

    70 kq
    1/8 final. Aidə Baxışova - Aysel İmamverdiyeva
    1/4 final. Nərgiz İbrahimova - Elvismar Rodriges (İJF)
    1/4 final. Validə Mirzəzadə - Barbara Matiç (Xorvatiya)

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10