Xəbər Lenti

    Məmmədyarov: "Rəqibim özü qələbə qazanmağıma kömək etdi"

    ŞahmatTarix: 2017-04-21 20:51:00
    ...

    ShamkirChess 2017 beynəlxalq şahmat turnirinə qələbə ilə başlayan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə qarşılaşması 4 saata yaxın davam edib. Sport24.az xəbər verir ki, yığmamızın lideri görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.

    Şəhriyar maraqlı oyun izlədiklərini bildirib: "Debüt "ev tapşırığı" idi. Əslində Soya qarşı heç-heçəyə hazırlaşmışdım. Turnirin reytinq favoritidi. Onunla ehtiyatlı olmaq lazımdı. Uesli So özü qələbə qazanmağıma kömək etdi. Partiyanın sonunda ciddi səhvə yol verdi. Bu səhvi görməmək olmur. Həmin gedişdən istifadə edərək qələbə qazandım. Şəmkir turnirinə qələbəylə başladığıma görə sevinirəm. Rəqibin üstünlüyü var idi. Ona görə partiya zamanı qələbə haqqında düşünmürdüm".

    Turnirin mətbuat xidməti xəbər verir ki, Sumqayıt şahmat məktəbinin yetirməsi dostu, komanda yoldaşı Rauf Məmmədovun onunla birlikdə Şəmkirə gəlməsini belə izah edib: "Rauf Məmmədov dostumdu. Uzun illər millidə birgə çıxış edirik. Şəmkirdə həm turniri izləyir, həm də mənə kömək edir".

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10